Yaponiya Ukraynaya 235 milyon dollar vəsait köçürüb

image-975191-514620181backend

Yaponiya Dünya Bankının layihələri vasitəsilə Ukrayna büdcəsinə 235 milyon dollar güzəştli maliyyə köçürüb.

Busaat.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna hökumətinin saytında məlumat verilib.

Ukrayna hökuməti qeyd edib ki, ölkə müstəqil olaraq yalnız hərbi büdcə maddələrini ödəyə bilər, qalan hər şey müttəfiqlərinin köməyi ilə maliyyələşir. Yaponiyadan alınan pul sahibkarlığın və təhsilin dəstəklənməsi sahələrində mülki layihələrin həyata keçirilməsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, Ukrayna 2022-ci ilin fevral ayından Dünya Bankı vasitəsilə sosial və humanitar xərclər üçün 40 milyard dollardan çox vəsait alıb.

Zeyd Bağırzadə

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki