18 Fələstinli həbs olundu

image-israil-2backend

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif şəhərlərinə basqınlar zamanı ikisi uşaq olmaqla 18 fələstinlini həbs edib.

Busaat.az xarici mətbuata istinadla xəbər verir ki, Fələstin Azadlıq Təşkilatının Əsir və Azad Edilən Nümayəndəliyi ilə Fələstin Əsirlər Dərnəyinin birgə bəyanatında İsrail əsgərlərinin İordan çayının qərb sahilində fələstinlilərin evlərinə basqınlarını davam etdirdiyi bildirilib.

Açıqlamada İsrail ordusunun dünən gecədən etibarən Ramallah, Beytləhm, Qalkilya, Nablus və Hebron, Cenin və Qüds şəhərlərinə basqınlar təşkil etdiyi qeyd edilib.

Qeyd olunub ki, İsrail əsgərləri basqınlar zamanı ikisi uşaq və keçmiş məhbuslar olmaqla 18 nəfəri həbs edib.

 

Zeyd Bağırzadə

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki