Brüsseldə Türkiyə və Avropa İttifaqı arasında yüksək səviyyəli dialoq baş tutacaq

image-405524601_0_115_3072_1853_600x0_80_0_0_1652278c923aaae9e8d00bc25155b13abackend

 Türkiyə ilə Avropa İttifaqı (Aİ) arasında elm, tədqiqat, texnologiya və innovasiyalar üzrə ilk yüksək səviyyəli dialoq toplantısı keçiriləcək.

Busaat.az xəbər verir ki, bu barədə Aİ Komissiyası məlumat yayıb.

Məlumata görə, noyabrın 15-də Brüsseldə elm, tədqiqat, texnologiya və innovasiya mövzusunda Türkiyə-Avropa İttifaqı Yüksək Səviyyəli Dialoq toplantısının keçiriləcək. Bildirilib ki, AB Komissiyası binasında keçiriləcək iclasdan sonra Türkiyə Sənaye və Texnologiya naziri Mustafa Varank və AB Komissiyasının İnnovasiya, Araşdırma, Mədəniyyət, Təhsil və Gənclər üzrə komissarı Mariya Qabriel mətbuata açıqlama verəcək. Yüksək səviyyəli dialoq görüşündə Avropa Yaşıl Konsensusunun məqsədlərinə daxil olan yaşıl sənaye istehsalı, bərpa olunan enerji və ağıllı şəhərlər kimi aktual məsələlərdə əməkdaşlığın necə inkişaf etdirilməsinin müzakirə olunacağına diqqət çəkilərək, sənayenin rəqəmsal transformasiyası və birlik proqramlarında əməkdaşlıq mexanizmlərinin inkişafı müzakirə olunacağı qeyd edilib.

Digər tərəfdən, AB komissarı Qabriel Türkiyə-Aİ Yüksək Səviyyəli Dialoq toplantısına qatılacaq nümayəndə heyətinin şərəfinə noyabrın 14-də Aİ Komissiyası binasında şam yeməyi verəcək. Komissiya binasında keçiriləcək yüksək səviyyəli dialoq toplantısına qatılması gözlənilən Varank, AB Komissiyasının vitse-prezidenti Margrethe Vestager ilə də ikitərəfli görüş keçirəcək.

Həmin gün Varank Leuven şəhərində yerləşən nanoelektronika və rəqəmsal texnologiyalar sahələrində fəaliyyət göstərən Ar-Ge təşkilatı olan IMEC-ə baş çəkəcək və Rəqəmsal Avropa Platforması ilə birgə iş yeməyinə qatılacaq.

Nazir Varank Brüsseldəki təmasları çərçivəsində Türkiyə Maarif Vəqfi Təmsil və Tədris Mərkəzinin açılış mərasimini keçirərək şəhərdə fəaliyyət göstərən türk QHT-lərinin və türk diasporunun nümayəndələri ilə məsləhətləşmələr aparacaq.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki