Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 772 $▼3.59%
  • Ethereum1 844 $▼4.32%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Son dəqiqə

AQTA-nın fəaliyyəti ilə bağlı sərt sözlər – Zəhərlənmənin səbəbləri

image-doner
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Azərbaycanda zəhərlənmə halları ilə bağlı aparılan qeydiyyat bərbad vəziyyətdədir. Zəhərlənmələrin qeydiyyat siyahısı Qida Təhlükəsizliyi Agentliyinin saytında yerləşdirilir. Qida Təhlükəsizliyi Agentliyinin zəhərlənmələrə dair statistikası isə ümümdünya göstəricisindən 1400 dəfə az göstərilir”. Bunu Qaynarinfo-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. Sədrin sözlərinə görə, zəhərlənmə halları ilə bağlı dəqiq statistika verilmir:

“Belə çıxır ki, biz dünyanın ən xoşbəxt adamlarıyıq. Yəni zəhərlənən xalq deyilik. Hansı ki, dünyada hər il 10 nəfərdən birinə zəhərlənmə diaqnozu qoyulur. Ümumdünya göstəricisinə gələndə orta hesabla Azərbaycanda bir milyon zəhərlənmə halı olmalıdır. Əgər dünyanın ən xoşbəxt xalqıyıqsa, onda gərək biz uzunömürlülər siyahısında olaq. Lakin Ümumdünya Səhiyyə Təşkilatının uzunömürlülər siyahısında Azərbaycan 1990 ölkə arasında 115-ci yerdədir. 115 ölkədən geri qalırıq”.

Sədrə görə, bu kimi hallar onu göstərir ki, ölkədə zəhərlənmə halları ilə bağlı qeydiyyat düzgün aparılmır və bu sahədə problemlər var:

“Qida Təhlükəsizliyi Agentliyi yaradılıb, lakin onlar vəziyyətə nəzarət edə bilmir. Azərbaycanda dönərxanalar böyük problemə çevirilir. Dönərdən zəhərlənmənin səbəbləri təkcə ət deyil, eyni zamanda orada sanitariyanın, gigienik vəziyyətin həddən artıq pis olmasıdır. Yararlılıq müddəti 5 saat olan mayonezlərin vaxtının keçməsi, bu gündən sabaha saxlanılan dönərlərin kiflənmiş olması və s. də nəticəyə təsir edir.

Əminəm ki, Qida Təhlükəsizliyi Agentliyi deyəcək, bu hadisə bir dönərxanada olub”.

Sədrin fikrincə, belə hadisələrdə AQTA malın mənbəyini axtarmır:

“Dönərxanalar xammalı verən müəssisə QTA-da reystrə daxil olur. Guya xammal əladır. Bu məsələ neçə illərdir ki, davam edir. Yaxşı olar ki, hadisə araşdırılsın. Gizlədilmə faktlarına son qoyulmalıdır. QTA-nın əsasnaməsinə dəyişiklik edilməlidir. Onlar tez və cəld yoxlama mexanizmlərinə malik olmalıdırlar. Təəssüf ki, bunlar yoxdur. Azərbaycanda mükəmməl istehlakçı siyasəti yox dərəcəsində olduğundan bu hallar baş verir”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=150028