Şəhid ailələri və müharibə veteranları ilə iş adlı layihəsi çərçivəsində görüş keçirilib

image-media-img-20241011-wa0068-tuc8wqk9x3b6ha1jzm2y-620x326backend

“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin “Şəhid ailələri və müharibə veteranları ilə iş” adlı layihəsi uğurla davam edir. Layihənin donoru Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir. Layihənin əsas məqsədi, şəhid ailələri və müharibə iştirakçılarının qarşılaşdığı mövcud problemlərin həllinə nail olmaqdır. Layihə çərçivəsində, iştirakçılar öz maddi və mənəvi resurslarını düzgün istiqamətləndirərək gələcəkdə yarana biləcək problemləri həll edə bilmələri üçün hüquqi və maarifləndirici tədbirlər keçirilir.

Bu tədbirlərdə müharibə iştirakçıları və şəhid ailələrinin hüquqları, onlara təyin olunan sosial yardımlar, güzəştlər, digər dövlət xidmətləri, və bu xidmətlərə müraciət zamanı tələb olunan sənədlər və şərtlər barədə ətraflı məlumat verilir. Görüşlərdə iştirakçılara dövlət qurumlarının fəaliyyət istiqamətləri və müraciət prosesində qarşılaşa biləcək çətinliklər barədə də mütəxəssislər tərəfindən davamlı olaraq izahatlar təqdim olunur.
Layihə çərçivəsində növbəti tədbir Quba rayonu Heydər Əliyev Mərkəzində keçirilib. Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə tədbiri girişi sözü ilə açaraq, layihənin məqsədini vurğuladı və qeyd etdi ki, “Biz bu cür tədbirlər vasitəsilə şəhidlərimizin xatirəsini əziz tutur və ailələrinə layiq olduqları dəstəyi göstərməyə çalışırıq.”
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin əməkdaşı Fuad Rzazadə isə çıxışında, “Bu layihənin, şəhid və qazi ailələrinə göstərilən dövlət qayğısının tərkib hissəsi olduğunu qeyd etdi. O, sosial müdafiə tədbirlərinin əhəmiyyətini vurğulayaraq, “Layihə çərçivəsində keçirilən tədbirlər, şəhid ailələri və qazilərimiz üçün geniş imkanlar yaratdığını” bildirdi. O, bu cür təşəbbüslərin dövlətin sosial siyasətinə yeni bir töhfə verəcəyinə inandığını bildirdi.
Layihənin hüquqşünası, Vəkillər Kollegiyasının üzvü Rövşən Nəbiyev çıxışında, “Bu layihə çərçivəsində hüquqi biliklərin artırılması, şəhid ailələri və müharibə veteranlarının hüquqlarının qorunması olduqca vacibdir,” – dedi. O, iştirakçılara dövlətin sosial yardımlarından və güzəştlərindən necə faydalana biləcəkləri barədə məlumat verdi. “Biz burada yalnız hüquqi yardım göstərmirik, həm də insanlarımızın hüquqlarını tanıtmaq və onlara dəstək olmaq üçün buradayıq,” – deyərək, hüquq sahəsindəki əhəmiyyətli məsələləri vurğuladı. Rövşən, müharibə iştirakçıları və şəhid ailələrinin hüquqi məsələlərinin düzgün yönləndirilməsinin onların həyatına müsbət təsir edəcəyini qeyd etdi.
“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin Quba rayon üzrə sədri Ramin Yunusov çıxışında qeyd etdi ki, bu tədbir şəhid ailələri və qazilərin mövcud problemlərinə yönəlmişdir. O, dövlətin göstərdiyi qayğını vurğulayaraq, şəhidlərin xatirəsinin daima uca tutulmasının önəmini qeyd etdi. “Bizim vəzifəmiz şəhidlərimizin və qazilərimizin xatirəsini daima uca tutmaq, onların ailələrinin həyat şəraitini daha da yaxşılaşdırmaqdır,” – deyərək iştirakçılarla fikirlərini bölüşdü.
“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin sədr müavini Anar Mahmudov isə layihənin geniş əhatə dairəsindən danışdı. “Layihəmiz yalnız problemlərin mövcud vəziyyətini nəzərə almaqla kifayətlənmir, eyni zamanda gələcəkdə yaranacaq çətinlikləri önləmək üçün qazilərimiz və şəhid ailələrimizə dəstək olmağı hədəfləyir,” – dedi. O, tədbirin məqsədinin dövlətin təmin etdiyi güzəştlər və sosial yardımlar barədə məlumat vermək olduğunu vurğuladı.
Quba Rayon İcra Hakimiyyətinin əməkdaşı Şirinov Asəf çıxışında, “Bu ailələrin qarşılaşdığı çətinliklər yalnız onların problemi deyil, bütün cəmiyyətin məsuliyyətidir,” – deyərək, dövlətin şəhid ailələri və qazilərə göstərdiyi dəstəyi ön plana çəkdi. “Azərbaycan dövləti şəhid ailələrinə və müharibə veteranlarına xüsusi diqqət göstərir,” – dedi. O, dövlətin bu sahədəki işlərini qeyd edərək, tədbirin əhəmiyyətini vurğuladı.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki