Minimum əmək haqqı 500 AZN olacaq?

image-9e32021931f99c3164367f00d855c1d2backend

Minimum əmək haqqı 500 AZN olacaq?Azərbaycanda hazırda minimum əmək haqqı 345 AZN olsa da, bir çox müəssisələrdə bazara uyğun olaraq minimum 500 AZN əmək haqqı verilir. Azərbaycanda minimum əmək haqqını 500 AZN-ə qaldırmağa ehtiyac varmı?

Busaat.az xəbər verir ki, mövzu ilə bağlı big-az-a danışan sosioloq Üzeyir Şəfiyev bildirib ki, inflyasiya dərəcəsi, bazar qiymətlərinə uyğun olaraq minimum əmək haqqının artırmaq zərurəti yarana bilər:

“Əmək haqqı ilə bağlı məsələ həmişə gündəmdədir. Çünki minimum əmək haqqı müəyyənləşərkən real bazar qiymətləri, inflyasiya göstəriciləri ilə bir uyğunlaşma olur. Şübhəsiz ki, bazarda qiymət dəyişiklikləri inflyasiya göstəriciləri artdıqca minimum əmək haqqının artımına ehtiyac yaranır. İnflyasiya dərəcəsi, bazar qiymətlərinə uyğun olaraq minimum əmək haqqının artırmaq zərurəti yarana bilər. Ekonometrik hesablamalar aparılmalıdır ki, bugünki real minimum əmək haqqı nə dərəcədə adekvatdır. Bu ekonometrik qiymətləndirmələrdən sonra şübhəsiz ki, zərurət yaranırsa, minimum əmək haqqını artırmağa ehtiyac yaranacaq”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki