Məzmuna keç
  • Azeri Light98.41 $▲0.81%
  • Brent neft88.45 $▼1.78%
  • WTI neft81.49 $▼1.81%
  • Avropa qazı (TTF)84.45 €▲4.12%
  • Təbii qaz (ABŞ)3.583 $▲10.89%
  • Qızıl3 579 $▲1.29%
  • Gümüş42.38 $▲2.47%
  • Pambıq79.61 ¢▼0.48%
  • Buğda593.75 ¢▲0.25%
  • Bitcoin61 674 $▼0.38%
  • Ethereum1 746 $▼0.54%
  • S&P 5007 176▼2.00%
17°Bakı
  • USD1.7000
  • EUR1.8666▲0.0029
  • 100 RUB2.0737▲0.0107
  • GBP2.2283▼0.0042
  • TRY0.0336▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0002
  • GEL0.6564
  • 100 KZT0.3777▼0.0049
  • UAH0.0378▲0.0001
  • 100 JPY1.0682▲0.0029
  • CHF2.0186▲0.0035
  • USD1.7000
  • EUR1.8666▲0.0029
  • 100 RUB2.0737▲0.0107
  • GBP2.2283▼0.0042
  • TRY0.0336▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0002
  • GEL0.6564
  • 100 KZT0.3777▼0.0049
  • UAH0.0378▲0.0001
  • 100 JPY1.0682▲0.0029
  • CHF2.0186▲0.0035
Gündəm

Bakıda oğurlanan 330 minlik saatın FOTOSU

image-vahidddd
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Bakının Yasamal rayonu Nəriman Nərimanov prospektində yerləşən “VMF Continental” mağazasından dəyəri 330 min manat olan bir ədəd “Breguet” markalı qol saatı oğurlanıb.
Busaat.az xəbər verir ki, İsveçrənin məşhur saat brendlərindən olan “Breguet”nin əsası 1775-ci ildə Parisdə Abraham-Lui Breguet tərəfindən qoyulub.
Mənzil-qərargahı İsveçrədə yerləşən “Breguet” dövrümüzə qədər gəlib çatmış ən qədim saat markalarından biri olmaqla yanaşı, bu sahədə bir çox saat istehsal texnologiyalarının öncülüdür.
“Breguet”nin tanınmış müştəriləri arasında Fransa imperatoru Napoleon Bonapart, Kraliça Viktoriya, Rusiya imperatoru I Aleksandr, britaniyalı siyasətçi Uinston Çörçill, “Buqatti” şirkətinin təsisçisi Ettor Buqatti, bəstəkar Sergey Raxmaninov, pianoçu Artur Rubinşteyn kimi məşhurlar var.
Hazırda şirkətin istehsal etdiyi saatların dəyəri 8000-730 000 dollar arasında dəyişir.
Şirkətin İsveçrədə yerləşən dükanında 211 min dollara satışa çıxarılan “Classique Tourbillon Extra-Plat Squelette 5395” saatının korpusu 18 karat qızıldan hazırlanıb. Arxa qapağı sapfirdən olan saat 30 metr dərinliyə kimi suda qoruna bilir.
2012-ci ilin dekabrında Nyu Yorkda keçirilən hərracda “Breguet” markasına məxsus bir saat 6.8 milyon dollara satılıb.
MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=150022