Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.35 $▲0.03%
  • WTI neft91.37 $▲0.59%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)3.029 $▲1.03%
  • Qızıl4 130 $▲1.36%
  • Gümüş53.13 $▲2.29%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▲0.00%
  • Bitcoin74 878 $▲0.21%
  • Ethereum2 140 $▲0.73%
  • S&P 5007 377▲0.27%
8°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Hava proqnozu

Bu ərazilərə qar yağacaq - Hava dəyişir

image-qar
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Fevral ayında son günlər bahar havası müşahidə olunur. Bəs fevral ayında bu cür temperatur göstəriciləri normal hesab edilə bilər? Yaxın günlərdə yenidən havaların kəskin soyuması, eləcə də qar yağması ehtimalı var?

Ekoloq Qorxmaz İbrahimli Metbuat.az-a açıqlamasında bildirib ki, bu, əslində, bahar havası deyil, Bakı və Abşeron yarımadası üçün xarakterik olan adi hava şəraitidir:

“Ölkə üzrə Aran ərazilərində də oxşar vəziyyət hökm sürür. Dağlıq və dağətəyi ərazilərdə isə hava sərin və soyuq olaraq qalır, bəzi yerlərdə bu proses davam edir. Qış mövsümü hər gün və hər yerdə qar yağması demək deyil. Artıq yaz fəslinə doğru irəliləyirik və müsbət temperaturun müşahidə olunması normal haldır. Xüsusilə Bakı və Abşeron yarımadasında yağıntının az olması həmişə səciyyəvi xüsusiyyət olub”.

Q.İbrahimlinin sözlərinə görə, fevral ayı ərzində Kiçik Qafqazın dağlıq və dağətəyi ərazilərində, eləcə də Böyük Qafqazın dağlıq zonalarında qar müşahidə olunacaq:

“Hətta ayın sonuna doğru Bakıda da yağıntı ehtimalı var. Bu, sensasiya deyil, mövsüm üçün normal haldır. Fevralın sonlarına yaxın boz ayın başlanması ilə hava şəraitində dəyişikliklər baş verir, temperatur qismən yüksəlsə də, yağıntıların miqdarı arta bilər. Bu baxımdan hər hansı anomaliya yoxdur. Yüksək dağlıq ərazilərdə – Şahdağ istiqamətində və Qarabağ bölgəsində qarın yağacağı gözlənilir. Lerik zonasında da yenidən qar ehtimalı var. Aşağı ərazilərdə isə qar gözlənilmir”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=180612