Bu gün Slovakiya – Azərbaycan matçı var

image-milli1backend

Futbol üzrə Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək.

Busaat.az xəbər verir ki, yığmamız C Liqasının 1-ci qrupunda Slovakiyanın qonağı olacaq.

Trnavanın Antona Malatinski stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Qrupun digər matçında Belarus yığması Qazaxıstan seçməsinin qonağı olacaq.

22 sentyabr

UEFA Millətlər Liqası

V tur

22:45. Slovakiya – Azərbaycan

Baş hakim: Uilyam Kollam

Trnava. Antona Malatinski stadionu

Qeyd edək ki, Azərbaycan yığması sentyabrın 25-də VI – sonuncu turda Qazaxıstanı, Slovakiya isə Belarusu qəbul edəcək. Qazaxıstan 10 xalla qrupun lideridir. Slovakiya 6 xalla ikinci, Azərbaycan 4 xalla üçüncü, Belarus isə 2 xalla sonuncu pillədə qərarlaşıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90