Bu ölkənin vitse-prezidentinin təyyarə qəzasına düşdüyü ehtimal edilir

image-98b57588-d1f6-4dba-b328-9237c5f74d05backend

Malavinin vitse-prezidenti Saulos Çilimanı daşıyan təyyarənin qəzaya uğraya biləcəyi ehtimal edilib.

Busaat.az xəbər verir ki, bu barədə Malavinin “Nyasa Times” nəşri hadisə şahidlərinə istinadla məlumat yayıb.

“Təyyarənin geri dönərkən qəzaya uğraya biləcəyi ilə bağlı qorxular var. Mənbələrin məlumatına görə, qəza Çikanqava meşə ərazisində qeydə alınıb. Ehtimal ki, bu, Çilimanın uçduğu təyyarə olub”, – nəşr yazır.

Qəzet həmçinin vitse-prezidentin iddia edilən qəzadan sağ çıxa bilməyəcəyinə dair qorxuların artıdığını bildirib.

Nəşrin məlumatına görə, Çilima Malavi paytaxtı Lilonqvedən ölkənin şimalındakı Mzuziyə uçsa da, geri qayıdarkən radarlardan itib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki