Məzmuna keç
25 Oktyabr 2026, Bazar
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft111.70 $▼1.66%
  • WTI neft103.27 $▲3.28%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)3.050 $▲11.48%
  • Qızıl4 008 $▼0.55%
  • Gümüş53.95 $▼0.02%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 685 $▲0.45%
  • Ethereum2 354 $▲0.67%
  • S&P 5007 624▼0.52%
17°Bakı
  • USD1.7003
  • EUR1.9059
  • 100 RUB2.0981
  • GBP2.2753
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2544
  • GEL0.6547
  • 100 KZT0.3774
  • UAH0.0376
  • 100 JPY1.0829
  • CHF2.0663
  • USD1.7003
  • EUR1.9059
  • 100 RUB2.0981
  • GBP2.2753
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2544
  • GEL0.6547
  • 100 KZT0.3774
  • UAH0.0376
  • 100 JPY1.0829
  • CHF2.0663
Gündəm

Bu şəxslər ictimai nəqliyyatdan pulsuz istifadə edəcək – VİDEO

image-1615464074_1401665-1

İctimai nəqliyyatda yeni tarif mexanizmi imkan verəcək ki, əhalinin müəyyən kateqoriyası tam, müəyyən kateqoriyası isə bir neçə faiz gediş haqqından azad olunsun.

Busaat.az xəbər verir ki, bunu ARB24-ün “İşgüzar səhər” verilişinə müsahibəsində nəqliyyat eksperti Ərşad Hüseynov deyib.
O bildirib ki, mexanizm barədə konkret detallar açıqlanmayıb deyə, bu qərarın əhali arasında qiymət artımı kimi başa düşülməsi təbiidir:

“Bu sahədə çalışan sahibkarlar, ictimai nəqliyyatı tənzimləyən dövlət qurumları istəyirlər ki, gediş haqqı qaldırılsın. Lakin bu məsələ hökumətin səlahiyyətində olan məsələdir.

Biz uzun müddətdir ki, ictimai nəqliyyatda sərnişinlər arasında müəyyən güzəştlər tətbiq edilən şəxslərin olmasını müzakirə edirdik. Çünki elə kateqoriyada olan insanlar var ki, onlar ümumiyyətlə ictimai nəqliyyatın ödənişindən azad olunmalıdır, eləsi də var ki, müəyyən güzəştlər tətbiq edilməlidir.

Bütün bunların xərcini isə onların əvəzinə dövlət qarşılayacaq. Düzdür, hazırda əsgərlər və vəzifə başında olan polis əməkdaşları ictimai nəqliyyatdan pulsuz istifadə edirlər. Yeni mexanizm bu dairəni ola bilsin ki, genişləndirsin”.

Ekspert onu da qeyd edib ki, yeni mexanizmin tətbiq edilməsi üçün avtobuslarda nağdsız ödənişlər 100 faiz təmin olunmalıdır.

 

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul