Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft97.83 $▼0.50%
  • WTI neft90.65 $▼0.20%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)2.994 $▼0.13%
  • Qızıl4 108 $▲0.80%
  • Gümüş52.60 $▲1.26%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin75 159 $▲1.16%
  • Ethereum2 142 $▲1.11%
  • S&P 5007 377▲0.27%
8°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Gündəm

Bu şəxslərdən yeni ödəniş tələb ediləcək - VİDEO

image-pul
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İçməli su istifadə etmək məqsədilə həyətlərində quyu qazıb xüsusi texniki qurğularla su əldə edən vətəndaşlar buna görə pul ödəməli olacaqlar. Bundan başqa, çaylar, göllər və anbarlardakı sudan istifadə edənlər də ödəniş etməli olacaqlar.

Nazirlər Kabinetinin təsdiqlədiyi “Azərbaycan Respublikasında sudan ödənişli istifadə qaydaları”nda bir sıra yeni məsələlər öz əksini tapıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov “Xəzər Xəbər”ə bildirib ki, bu qaydalar özündə həm təbii mənbələrdən, həm də su təsərrüfatı obyektlərində sudan istifadə ilə bağlı ödənişlərin tətbiqini nəzərdə tutur.

Qaydalara görə, çaylardan, göllərdən, anbarlardan, təbii su mənbələrindən istifadə ilə bağlı vətəndaşlar əvvəlcə nazirliyə müraciət edəcəklər və onların qeydiyyatı aparılacaq. Daha sonra isə bu su mənbələrindən istifadə edən fiziki və hüquqi şəxslər müəyyən miqdarda ödəniş etməli olacaqlar.

Reklamınızı SmartBee ilə effektiv edin.
Faiq Mütəllimov deyir ki, həyətlərdə olan quyulardan vətəndaşların istifadə etdiyi suyun həcminə görə limit tətbiq edilməsi nəzərdə tutulur.

Yeraltı su mənbələrindən düzgün istifadəyə görə bütün məsələlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzarət edəcək.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=74104