Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.03 $▼0.29%
  • WTI neft90.91 $▲0.09%
  • Avropa qazı (TTF)85.59 €▼0.95%
  • Təbii qaz (ABŞ)3.024 $▲0.87%
  • Qızıl4 134 $▲1.46%
  • Gümüş53.16 $▲2.34%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda593.50 ¢▲0.38%
  • Bitcoin75 195 $▲1.21%
  • Ethereum2 144 $▲1.19%
  • S&P 5007 377▲0.27%
8°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Gündəm

Bu tarixdə qısaldılmış iş günü olacaq - RƏSMİ

image-qeyriis
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində əmək rejimi ilə bağlı məsələlər yenidən gündəmə gəlir.

Qanunvericiliyə əsasən, iş günü hesab edilməyən bayram günlərindən əvvəlki iş günü bir saat azaldılır. 2026-cı ildə 8 mart tarixinin bazar gününə düşməsi fonunda 6 mart tarixində iş vaxtının qısaldılıb-qısaldılmayacağı maraq doğurur.

2026-cı ildə 8 Mart Beynəlxalq Qadınlar Günü bazar gününə təsadüf etdiyi halda, beşgünlük və altıgünlük iş həftəsi ilə çalışan işçilər üçün 6 və 7 mart tarixlərində iş vaxtının bir saat qısaldılması tətbiq ediləcəkmi?

Busaat.az məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə sorğu ünvanlayıb. Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat üzrə məsul nümayəndəsi Solmaz Aydəmir sorğumuza cavab olaraq bildirib ki, Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günündən bilavasitə əvvəl gələn iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır:

“Bununla belə, 8 Mart – Beynəlxalq Qadınlar Günü 2026-cı ildə bazar gününə təsadüf etdiyindən, beşgünlük iş həftəsi ilə çalışan işçilər üçün 6 mart tarixində iş gününün bir saat qısaldılması tətbiq edilmir. Altıgünlük iş həftəsi ilə çalışan işçilər üçün isə 7 mart tarixi bayram günündən bilavasitə əvvəlki iş günü hesab edildiyinə görə, həmin günün iş vaxtı bir saat qısaldılır”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=180703