“Bu vəziyyətdən istifadə etməyi bacarmalıyıq” – Natiq Cəfərli

“Bu vəziyyətdən istifadə etməyi bacarmalıyıq” – Natiq Cəfərlibackend

“Azərbaycanda işğalçı Ermənistanda gedən prosesləri, daxili siyasəti, iqtisadi vəziyyəti, sosial anatomiyası öyrənən Beyin Mərkəzi yaradılmalıdır”.

Busaat.az xəbər verir ki, bu sözləri Ermənistan siyasi gedişatının mövcud vəziyyətini və Azərbaycanın Qarabağ münqaişəsinin həlli ilə bağlı mümkün addımlarını dəyərləndirən “Respublikaçı Alternativ” (ReAL) Partiyasının icra katibi Natiq Cəfərli bildirib.

Natiq Cəfərli hesab edir ki, Moskva “yumşaq güc” taktikası, siyasi alətlərlə Ermənistanda baş verən məsələlərə müdaxilə etmək moduna keçib:

“Moskva Paşinyandan narazıdır. Ona görə də Rusiya Paşinyana çəki-düzən vermək istəyir. Lakin bunu ordu, 1999-cu ildə parlamentin, 2008-ci ildə isə mitinqə çıxmış dinc etirazçıların gülıələnməsi kimi etmək istəmir. Məqsəd daxili siyasi fürsətlərdən istifadə etməklə, Nikol Paşinyanı tamamilə öz cizgisinə çəkməkdir. Yəni, bu gün Ermənistanda baş verənlər Kremlin sserasi üzrə gedir. Nikol Paşinyanın komandası isə buna müqavimət göstərir. Onun komandasının hələ ki, siyasi krediti bitməyib, xalq arasında dəstəyi güclüdür. Ona görə də əks-inqilabın qarşını almağa siyasi iradəsi çatır. Ancaq Nikolun özü kloundur, ciddi siyasi bilikləri yoxdur. Çox güman ki, arxasında Qərbin Beyin Mərkəzləri var və ona məsləhətlər verirlər.

Natiq Cəfərli vurğulayıb ki, bu gün işğalçı Ermənistanda baş verən hadisələrə Qarabağ prizmasından baxmalıyıq və Qərb-Rusiya qarşıdurmasının elementinə çevrilməməliyik:

“Əgər fürsət yaransa və beynəlxaq konyuktur imkan versə, bu prosesdən işğala son qoymaq üçün istifadə etməyi bacarmalıyıq. Nə Moskvaya, nə də Qərbə bizi müxtəlif formada bu oyuna çəkməyə imkan verməliyik. Əgər Moskva Ermənistanda daxili vəziyyətə siyasi müdaxilə imkanlarını tükətsə, mütləq bizə ehtiyacı yaranacaq. Ermənistanda gedən siyasi prosesi ağılla təhlil etməli, bütün hadisələrə ancaq işğal faktorundan qurtulmaq üçün fürsətlər pəncərəsindən baxmalıyıq”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90