Qax rayonunun Sarıbaş kəndinə qar yağıb, bir-neçə kəndinə isə dolu düşüb.
Bakıvaxtı.az xəbər verir ki, ölkənin Şimal-qərb bölgəsində mayın ilk günlərindən başlayan qeyri-sabit hava şəraiti davam edir. Belə ki, may ayının 17-i axşam saatlarından başlayaraq mayın 18-i səhər saatlarına qədər bölgədə yağıntılar intensivləşib. Axşam və gecə saatlarında Oğuz, Qax, Zaqatala və Balakən rayonunun bır sıra inzibati ərazilərinə qar, leysan xarakteli yağış və dolu düşüb. Yağıntının miqdarı daha çox Qax rayonu ərazisində olub.
Bu gün səhər saatlarında dəniz səviyyəsindən 1700 metr yüksəklikdə yerləşən Qaxın Sarıbaş kəndinə bir saat ərazində qar yağıb. Rayonun Tasmalı, Lələpaşa, Əlibəyli, Turaclı, Ləkit və Zəyəm kəndləri istiqamətində dolu düşüb. Tasmalı, Lələpaşa və Əlibəyli kəndləri istiqamətində son gün ərzində iki dəfə dolu düşüb. Gecə saat 04 radələrində 20 dəqiqə ərazində fındıq iriliyində yağan dolu şəxsi təsərrüfatlara, əkin sahələrinə ciddi ziyan vurub. Kəndlərə yağan leysan yağışları səbəbindən Tasmalı kəndində bəzi evlərin həyətyanı sahələrinə sel suları dolub.
Gecə saatlarında Balakən rayonunun Katex kəndi ərazisinə də dolu duşub. Hazırda müvafiq qurumların nümayəndələri ərazilərə ezam edilib, dəymiş ziyanın aradan qaldırılması istiqamətində iş aparılır.