Bu vilayətdə fövqəladə vəziyyət elan edildi

image-9698556f-2ccd-440e-b95c-a89d7a076c49backend

Rusiyada quraqlıq səbəbindən fövqəladə vəziyyət elan edilib.

Busaat.az xəbər verir ki, bunu Rostov vilayətinin qubernatoru Vasili Qolubev bildirib.

Məlumata görə, torpaqların uzun sürən quraqlığı səbəbindən bölgədə fövqəladə vəziyyət tətbiq edilib.

Rayon rəhbərinin sözlərinə görə, quraqlıqdan kənd təsərrüfatı əkinlərinin geniş sahələri zərər çəkib.

“Mən fərman imzaladım ki, torpaq quraqlığı ilə əlaqədar Rostov vilayətində iyunun 11-i saat 18:00-dan növbəti xəbərdarlığa qədər fövqəladə vəziyyət elan edilib”.

Mütəxəssislərin fikrincə, may şaxtaları və sonradan uzun sürən quraqlıq səbəbindən Don fermerləri məhsullarının 30%-ə qədərini itirə bilərlər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki