Məzmuna keç
  • Azeri Light127.60 $▲0.47%
  • Brent neft111.15 $▲1.31%
  • WTI neft102.07 $▲1.27%
  • Avropa qazı (TTF)95.75 €▼0.35%
  • Təbii qaz (ABŞ)3.047 $▲0.33%
  • Qızıl4 011 $▼0.47%
  • Gümüş53.27 $▼0.90%
  • Pambıq78.48 ¢▼0.80%
  • Buğda615.50 ¢▲0.16%
  • Bitcoin79 540 $▼0.59%
  • Ethereum2 304 $▼0.72%
  • S&P 5007 677▲0.71%
20°Bakı
  • USD1.7011▲0.0005
  • EUR1.9051▲0.0010
  • 100 RUB2.1019▼0.0029
  • GBP2.2720▼0.0018
  • TRY0.0342
  • AED0.4632▲0.0001
  • CNY0.2545▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3765▼0.0004
  • UAH0.0374▼0.0002
  • 100 JPY1.0814▼0.0030
  • CHF2.0607▼0.0019
  • USD1.7011▲0.0005
  • EUR1.9051▲0.0010
  • 100 RUB2.1019▼0.0029
  • GBP2.2720▼0.0018
  • TRY0.0342
  • AED0.4632▲0.0001
  • CNY0.2545▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3765▼0.0004
  • UAH0.0374▼0.0002
  • 100 JPY1.0814▼0.0030
  • CHF2.0607▼0.0019
Analitika

“Bu yolla sülhməramlıların Azərbaycandan getməsini təmin edə bilərik” - ŞƏRH

image-6344113e6d4636344113e6d46416654052466344113e6d45f6344113e6d461
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Əgər Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalayacaqsa, Rusiya məcburi şəkildə Qarabağdan çəkilib gedəcək”.

Bunu Armen Badalyanın Rusiya Ukraynada uğur qazanacaq və bu halda heç kəs onu Qafqazdan çıxarmağa cəhd etməyəcək sözlərinə münasibət bildirən politoloq Samir Hümbətov Busaat.az-a açıqlamasında deyib.

image-131bd62202-hh

O bildirib ki, Armen Badalyanın bu cür açıqlama verməsi Rusiyanın verdiyi təlimat əsasında ortaya atılmış fikirdir: “Mən fərqli düşünürəm. Rusiya Ukraynada ciddi məğlubiyyətlə üz-üzədir. Hətta məğlubiyyətə doğru sürətli addımlarla irəliləyir deyə bilərik. Rusiya artilelriya sistemində ciddi problemlər yaranıb. Belə olan halda Rusiyanın Ukraynada qalibiyyət əldə etməsi inandırıcı görsənmir. Qarabağ məsələsini Ermənistan yoxsa Rusiya ilə həll etməyə gəldikdə isə, ortada qəti mövqe var. Qarabağ gərginliyi Ermənistanla Azərbaycan arasındadır. Məsələni Rusiya ilə həll etməliyik kimi yanaşmanı doğru qəbul etmirəm. Rusiya hansısa formada Ermənistan vasitəsi ilə prosesə təsir etmək istəyə bilər. Əgər Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalayacaqsa Rusiya məcburi şəkildə Qarabağdan çəkilib gedəcək”.

Qarabağdakı sülhməramlı missiyaya toxunan politoloq qeyd edib: “Hazırda Rusiya hərbiçiləri Qarabağ bölgəsində müvəqqəti dislokasiya edilib. Ancaq bu onların istədiyi kimi hərəkət etməsinə dəlalət yaratmır. Azərbaycan üçtərəfli bəyannamənin bitməsinə altı ay qalmış etirazını bildirməklə rus hərbiçilərinin Qarabağdan çıxmasını tam təmin edə bilər. Kimin nə deməsinnən aslı olmayaraq Azərbaycan münaqişəni Ermənistanla yaşayıb. Rusiya məsələdə yalnız vasitəçi tərəf ola bilər”.

Ələsgər / Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=96121