Məzmuna keç
  • Azeri Light122.49 $▲0.00%
  • Brent neft110.68 $▼0.14%
  • WTI neft102.08 $▲0.73%
  • Avropa qazı (TTF)99.90 €▲5.70%
  • Təbii qaz (ABŞ)3.018 $▼1.50%
  • Qızıl4 066 $▲0.24%
  • Gümüş53.89 $▼0.42%
  • Pambıq78.34 ¢▲0.38%
  • Buğda599.50 ¢▼1.96%
  • Bitcoin81 084 $▲0.35%
  • Ethereum2 353 $▲0.25%
  • S&P 5007 744▲0.27%
16°Bakı
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
Gündəm

“Bunu hansı ağılla “Azəriqaz” adlandırmısınız?”

image-seyyad-salahli
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Dilin televiziyada pis günə salınması əsas məsələlərdəndir. Aparıcıların dilə biganə, laqeyd münasibəti insanı hiddətləndirir”.

Busaat.az xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib.

“Bundan başqa, bizim bütün qurumlarımız belə adlanır: “Azərxalça”, “Azərsu” və s. Bəs “Azəriqaz” niyə? Bizim tayfanın adı “azəri” deyil. Tarix və həyat paradokslar yaradır. Bunu siz hansı ağılla “Azəriqaz” adlandırmısınız? Türklər bizə deyirlər ki, “azəri kardeşlerimiz”. Mən konsulluqda işləyəndə dəfələrlə deyirdim ki, bizə belə deməyin. “Azəri” sözünün bizə aidiyyəti yoxdur. O, İranda yaşayan etnik azlıqdır. “Azəriqaz”ın qanuni adı düzəldilməlidir. Ədliyyə Nazirliyi bu barədə ictimaiyyəti məlumatlandırsın”, – deputat əlavə edib.

Deputat Hikmət Məmmədov həmkarının fikri ilə razılaşmayıb.

“Səyyad müəllim, bizim ölkəmizin adı nədir: Azər-baycan. Biz “azər” və ya “azəri” sözündən imtina etməklə, kökümüzdən, dövlətimizdən imtina etmiş oluruq. İranda “azəri” adında fars kökənli etnik azlığın yaşaması uydurmadır. İranda belə bir etnik qrup yoxdur, o bizik. Bizim etnik adımızın kökü “az”dır”, – H.Məmmədov qeyd edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=179394