Məzmuna keç
  • Azeri Light122.49 $▲0.00%
  • Brent neft110.20 $▼0.03%
  • WTI neft101.41 $▲0.03%
  • Avropa qazı (TTF)99.90 €▲5.70%
  • Təbii qaz (ABŞ)3.030 $▼0.03%
  • Qızıl4 050 $▼0.04%
  • Gümüş53.23 $▲0.01%
  • Pambıq78.34 ¢▲0.38%
  • Buğda600.00 ¢▲0.08%
  • Bitcoin79 802 $▼1.78%
  • Ethereum2 307 $▼2.10%
  • S&P 5007 744▲0.27%
14°Bakı
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
Gündəm

Burhanəddin Duran: İkinci Qarabağ müharibəsində çoxsaylı dezinformasiya kampaniyaları aparılıb

image-k5iqfwgb409zio1ykuwx2hpgcxucfrgkq7o3ypsz_825
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İkinci Qarabağ müharibəsində Azərbaycanın zəfərini kölgə altına almaq məqsədilə çoxsaylı dezinformasiya kampaniyaları aparılıb.

Busaat.az xəbər verir ki, bunu Türkiyə Prezident Aparatının Kommunikasiya rəhbəri Burhanəddin Duran Türk dövlətlərinin Dezinformasiya ilə Mübarizə Forumunda çıxışında deyib.

Onun sözlərinə görə, müharibə dövründə və ondan sonra Azərbaycan tərəfi bu yalan məlumatları ifşa etməyi bacarmışdı:

“Həmin dövrdə “Qarabağa daxil olan Azərbaycan əsgərləri yaşlı bir erməni qadını ilə lağ edir” başlığı ilə yayımlanan yalan xəbər buna misaldır. Həmin materialda göstərilir ki, guya bir əsgər yaşlı qadına bir stəkan su uzadır, qadın suyu içmək istəyəndə isə başqa bir əsgər suyu yerə tökür. Halbuki videonun tam versiyasında açıq və aydın şəkildə Azərbaycan əsgərinin öz əli ilə erməni qadına su içirdiyi görünürdü”.

B.Duran qeyd edib ki, bu məsələ eyni zamanda milli təhlükəsizlik, ictimai sabitlik və beynəlxalq nüfuzla birbaşa əlaqəlidir:

“Dezinformasiya beynəlxalq miqyasda yayılan təhlükəyə çevrilib. Dezinformasiyanın nə qədər böyük risk və təhlükə daşıdığı artıq aydın şəkildə dərk edilməlidir. Məhz bu gün keçirilən forumumuz da bu məqsədə xidmət edir və dezinformasiyaya qarşı birgə mübarizə əzmimizi, iradəmizi bir daha ortaya qoyur”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=177957