Məzmuna keç
  • Azeri Light106.81 $▼5.85%
  • Brent neft99.03 $▲5.81%
  • WTI neft90.96 $▲4.96%
  • Avropa qazı (TTF)89.64 €▲5.42%
  • Təbii qaz (ABŞ)2.956 $▲0.82%
  • Qızıl4 071 $▼1.91%
  • Gümüş51.68 $▼2.67%
  • Pambıq78.45 ¢▲0.47%
  • Buğda599.50 ¢▼0.04%
  • Bitcoin76 040 $▲0.21%
  • Ethereum2 236 $▲0.12%
  • S&P 5007 354▼4.36%
10°Bakı
  • USD1.7000
  • EUR1.9023
  • 100 RUB2.0943
  • GBP2.2794
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6552
  • 100 KZT0.3751
  • UAH0.0372
  • 100 JPY1.0767
  • CHF2.0776
  • USD1.7000
  • EUR1.9023
  • 100 RUB2.0943
  • GBP2.2794
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6552
  • 100 KZT0.3751
  • UAH0.0372
  • 100 JPY1.0767
  • CHF2.0776
Siyasət

“Bütün müharibələr dayanır və sülh gəlir” - İlham Əliyev

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“İndi nəyin baş verəcəyini proqnozlaşdırmaq çətindir”.

Busaat.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının “Fox News” televiziya kanalına müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, bu, təkcə bizdən asılı deyil: “Çünki müharibəni bir ölkə aparmır. Bu, birtərəfli proses deyil. Lakin mən sizə regionu necə görmək istədiyimi deyə bilərəm. Mən Cənubi Qafqaz regionunun dərindən inteqrasiya olunmasını, digər Cənubi Qafqaz ölkəsi olan Gürcüstanla strateji münasibətlərimizin gələcəkdə müəyyən vaxtda Azərbaycan və Ermənistan arasında münasibətlər üçün müəyyən mənada örnək ola bildiyini görmək istəyirəm. Çünki bütün müharibələr dayanır və sülh gəlir. Biz bilirik necə…”

-Siz bu münaqişənin sülh yolu ilə nizamlanmasını mümkün hesab edirsiniz?

– Bəli, əlbəttə ki.

– Siz diplomatik cavabın tapılmasının mümkün olduğunu hesab edirsiniz?

– Mən tamamilə əminəm. Lakin bu Ermənistan tərəfinin iradəsindən asılı olacaqdır. İkinci Dünya müharibəsindən sonra nə baş verdi. Almaniya və Amerika Birləşmiş Ştatları biri-birilərini öldürürdülər. Sovet İttifaqı və Almaniya bir-birilərini öldürürdülər. On milyonlarla insan öldürülmüşdür. Lakin indi baxın, bu, artıq yaddaşda deyil. Bu, düşmənçiliyə təhrik etmir. Nəyə görə ermənilər və azərbaycanlılar Gürcüstanda, Rusiyada, Ukraynada, bir çox digər ölkələrdə birlikdə yaşadığı kimi, Dağlıq Qarabağ regionunda birlikdə yaşaya bilməzlər?

-Beləliklə, hər iki tərəfin hüquqlarını tanıyan sülh ola bilər?

– Bəli. Elədir ki, var. Bu, məntiqli baza əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və Azərbaycanın erməni əhalisinin hüquq və maraqlarının tam müdafiəsi ilə olmalıdır. Hesab edirəm ki, bunu etmək mümkündür.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=22405