Cəbrayılda Birinci Qarabağ müharibəsinin şəhidi Müşfiq Quliyevlə vida mərasimi keçirilir

image-3backend
image-ad_qayo_720x110px
İmişli rayonu Şəmmədli kənd məzarlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Müşfiq İbrahim oğlu Quliyevin meyitinin qalıqları Cəbrayıl rayonuna gətirilib.
Busaat.az-ın məlumatına görə, şəhidin nəşi rayonun Horovlu kəndində ailəsinə təhvil verilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Müşfiq İbrahim oğlu Quliyev 1971-ci ildə Cəbrayıl rayonu Horovlu kəndində anadan olub. O, 1993-ci il oktyabrın 16-da Cəbrayıl rayonunun Mahmudlu kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub.

M.Quliyev Horovlu kənd qəbiristanlığında dəfn olunacaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki