Məzmuna keç
25 Oktyabr 2026, Bazar
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft111.70 $▼1.66%
  • WTI neft103.27 $▲3.28%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)3.050 $▲11.48%
  • Qızıl4 008 $▼0.55%
  • Gümüş53.95 $▼0.02%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 440 $▼0.78%
  • Ethereum2 341 $▼1.80%
  • S&P 5007 624▼0.52%
16°Bakı
  • USD1.7003
  • EUR1.9059
  • 100 RUB2.0981
  • GBP2.2753
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2544
  • GEL0.6547
  • 100 KZT0.3774
  • UAH0.0376
  • 100 JPY1.0829
  • CHF2.0663
  • USD1.7003
  • EUR1.9059
  • 100 RUB2.0981
  • GBP2.2753
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2544
  • GEL0.6547
  • 100 KZT0.3774
  • UAH0.0376
  • 100 JPY1.0829
  • CHF2.0663
Hadisə

Cəlilabadda su üstündə KÜTLƏVİ DAVA: yaralılar var

image-celilabad

Cəlilabad rayonunda kütləvi dava olub.

Hadisə rayonun Alar kəndi ərazisindəki əkin sahəsində baş verib.

Belə ki, kənd sakiniləri – 1991-ci il təvəllüdlü Hüseynov Xalid Hakim oğlu və 1996-cı il təvəllüdlü Balakişiyev Salam Rizvan oğlu döyülüb.

Şahidlərin bildirdiyinə görə, hər iki şəxs əkin sahəsinə su gəlmədiyi üçün suyun mənbəyinə doğru gedib. Daha sonra X.Hüseynov və S.Balakişiyevin orada olan bir neçə şəxslə aralarında mübahisə yaranıb. Nəticədə X.Hüseynovla S.Balakişiyev döyülüb.

Yaralılar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisə ilə bağlı DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev “Report”a bildirib ki, faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır: “Təyin edilmiş müvafiq ekspertizanın və aparılacaq araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul