Çin ilk dəfə Aya bayrağını sancdıbackend

Çinin Aya “Chang’e 5” missiyası çərçivəsində Ay səthinə ilk dəfə həmin ölkənin milli bayrağı sancılıb.

Busaat.az xəbər verir ki, bununla Çin ABŞ və SSRİ-dən sonra Aya bayrağını sancan 3-cü ölkə olub. Müvafiq kadrlar Çinin “CGTN” telekanalı tərəfindən yayımlanıb.

“İlk dəfədir ki, Çin fabrikdə istehsal olunan milli bayrağı Ayda nümayiş etdirir”, – deyə kanalın açıqlamasında qeyd olunub. Kanal əvvəlki Chang’e 3 və Chang’e 4 missiyaları zamanı milli bayrağın “kosmik gəminin örtüyü kimi təqdim olunduğunu” xatırladıb.

1 dekabrda aya yumşaq eniş edən “Chang’e 5” missiyasını tamamlayaraq 3 dekabrda Ay səthindən ayrılıb.