Məzmuna keç
  • Azeri Light97.62 $▲1.21%
  • Brent neft90.19 $▲0.97%
  • WTI neft83.24 $▲1.24%
  • Avropa qazı (TTF)84.45 €▲4.12%
  • Təbii qaz (ABŞ)3.246 $▼4.08%
  • Qızıl3 635 $▼2.39%
  • Gümüş43.17 $▼4.25%
  • Pambıq79.96 ¢▼0.17%
  • Buğda595.25 ¢▲1.80%
  • Bitcoin61 448 $▼2.43%
  • Ethereum1 737 $▼2.14%
  • S&P 5007 176▼2.00%
17°Bakı
  • USD1.7000
  • EUR1.8637▼0.0044
  • 100 RUB2.0630▼0.0057
  • GBP2.2325▼0.0111
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6564▲0.0011
  • 100 KZT0.3826▼0.0004
  • UAH0.0377▲0.0001
  • 100 JPY1.0653▼0.0028
  • CHF2.0151▼0.0079
  • USD1.7000
  • EUR1.8637▼0.0044
  • 100 RUB2.0630▼0.0057
  • GBP2.2325▼0.0111
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6564▲0.0011
  • 100 KZT0.3826▼0.0004
  • UAH0.0377▲0.0001
  • 100 JPY1.0653▼0.0028
  • CHF2.0151▼0.0079
Dünya

Çin Marsa enən üçüncü ölkə oldu

image-mars
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Çinə məxsus ilk Mars tədqiqat vasitəsi olan “Tyanven 1″i uğurla qırmızı planetə eniş edib.

Busaat.az  xəbər verir ki, bu barədə “Sinxua” xəbər agentliyi Çin Milli Kosmik İdarəsinə istinadən məlumat verib.

“”Tyanven-1″ 15 mayda Çinin ilk Mars kəşfiyyat missiyası çərçivəsində uğurla planetin cənub Utopiya düzənliyində yerləşən əvvəlcədən seçilmiş bir əraziyə eniş edib”-, deyə açıqlamada deyilir.

Kosmik gəmi ilə birlikdə Çinin marsa göndərdiyi “Çjujun” özüyeriyən tədqiqat vasitəsi də planetin səthinə çıxıb. Onun önümüzdəki 3 ay ərzində Mars səthinin tədqiqatı ilə məşğul olacağı bildirilir. Özüyeriyənin vəzifələrinə planetin torpağını və süxurlarını öyrənmək, radardan istifadə edərək səth altında su və buz izlərini axtarmaq daxildir. Bundan əlavə, gələcəkdə səthdə toplanan nümunələrin Yerə göndərilməsi ilə bağlı texnologiyalar da inkişaf etdiriləcək.

Sözügedən müddətdən sonra avadanlığın texniki vəziyyəti imkan verərsə, missiya uzadıla bilər. Orbital modul isə üç illik istismar üçün nəzərdə tutulub və missiya müddətində elmi məlumatları Yerə ötürmək vasitəçi rolunu oynayacaq.

“Tyanven 1” Mars orbitinə 2021-ci ilin fevralında çatsa da son üç ay ərzində uyğun eniş nöqtəsi tapmaq üçün planetin fotolarını çəkib.

Qeyd edək ki, daha əvvəl SSRİ və ABŞ Marsın səthinə hava gəmilərini endirməyi bacarıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=46900