Çin tarixinin ən isti payız fəslini yaşayır

image-seoulautumntemplebackend

Çində 1961-ci ildən bəri ən isti payız fəsli müşahidə edilib.

Busaat.az xarici mediaya istinadla xəbər verir ki, 2024-cü ilin 1 sentyabr-30 noyabr tarixləri arasında ölkə üzrə orta temperatur 11,8 dərəcə olduğu halda, bu rəqəm əvvəlki illərin orta göstəricisini 1,5 dərəcə üstələyib.

Xüsusilə ölkənin mərkəzi, şərq, cənub-qərb və şimal-qərb rayonlarında havanın orta temperaturu əvvəlki illərlə müqayisədə 2-4 dərəcə artıb.

Qeyd edilib ki, bu dövrdə rütubət artıb, 9 tufan baş verib, onlardan 5-i tayfunlar nəticəsində olub.

 

Zeyd Bağırzadə

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki