Məzmuna keç
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft111.70 $▼1.66%
  • WTI neft103.27 $▲3.28%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)3.050 $▲11.48%
  • Qızıl4 008 $▼0.55%
  • Gümüş53.95 $▼0.02%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 663 $▼0.13%
  • Ethereum2 356 $▲0.02%
  • S&P 5007 624▼0.52%
15°Bakı
  • USD1.7004▲0.0001
  • EUR1.9061▲0.0002
  • 100 RUB2.0970▼0.0011
  • GBP2.2754▲0.0001
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3775▲0.0001
  • UAH0.0376
  • 100 JPY1.0827▼0.0002
  • CHF2.0664▲0.0001
  • USD1.7004▲0.0001
  • EUR1.9061▲0.0002
  • 100 RUB2.0970▼0.0011
  • GBP2.2754▲0.0001
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3775▲0.0001
  • UAH0.0376
  • 100 JPY1.0827▼0.0002
  • CHF2.0664▲0.0001
Dünya

Çin Tayvan təlimini başa vurdu

image-file-photo-illustration-shows-china-and-taiwans-flags
FILE PHOTO: Chess pieces are seen in front of displayed China and Taiwan's flags in this illustration taken January 25, 2022. REUTERS/Dado Ruvic/Illustration
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Çin Tayvan adasını blokadaya almağa yönəlmiş təlimini dayandırıb.

Busaat.az xarici mediaya istinadən xəbər verir ki, rəsmi Pekin Tayvan və Çin arasındakı gərginliyin həddindən artıq artmasına səbəb olan “Müştərək Qılınc” adlandırdığı döyüş təlimlərini “uğurla tamamladığını” açıqlayıb.

Çin tərəfi hədəflənmiş hücumları imitasiya edən və adanı onun hakimiyyəti altında blokada edən güc nümayişinə son qoyub.

Xalq Azadlıq Ordusunun Şərq Komandanlığından verilən açıqlamada, təlimdə real müharibə şəraitində bir çox hərbi birləşmələrin inteqrasiya olunmuş müştərək döyüş qabiliyyətinin geniş şəkildə sınaqdan keçirildiyi bildirilib.

Bəyanatda deyilir: “Hərbi birləşmələr müharibəyə hazırdırlar, istənilən vaxt döyüşə biləcəklər və istənilən separatizmi və xarici müdaxilə cəhdlərini qətiyyətlə darmadağın edəcəklər”.

Təlim başa çatdıqdan sonra Tayvanın Xarici İşlər Nazirliyi Çini bölgədə “sülh və sabitliyi” pozmaqda ittiham edib.

Tayvan prezidenti Tsai İnq-Ven cavab olaraq, “məşq etməkdə davam edən avtoritar ekspansionizm” qarşısında “ABŞ və digər həmfikir ölkələr”lə işləməyə söz verib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=106446