COVID-19-un nə zaman bitəcəyini açıqladı- ÜST

COVID-19-un nə zaman bitəcəyini açıqladı- ÜSTbackend

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom Qebreyesus cümə günü Cenevrədə keçirilən brifinqdə COVID-19 və 1918-ci ildəki “ispan qripi” epidemiyası ilə bağlı vəziyyəti müqayisə edərək mövcud pandemiyanın bitmə tarixini qiymətləndirib.

Busaat.az xəbər  ki, bu barədə “RİA Novosti” xəbər verib.

“Hazırki dönəmdə daha çox texnologiyalar mövcuddur. Virus sürətli yayılır, ancaq onu dayandırmaq üçün texnologiyamız var. Buna görə iki ildən az müddətdə bu pandemiyanı bitəcəyinə ümid edirik”, – deyə baş direktor qeyd edib.

ÜST-ün ən son məlumatlarına əsasən, dünyada 22,2 milyondan çox yoluxma, 728 mindən çox ölüm halı qeydə alınıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90