COVID-ə yoluxanlarda hansı qan dəyərləri nəzarətdə saxlanılmalıdır?

image-covidbackend

“Qan dəyərləri COVID-19 xəstəliyinin ağırlığından, gedişatından asılı olaraq dəyişir”.

Busaat.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssisi Yavər Hacısoy bildirib. O qeyd edib ki, koronavirusun müalicəsində bəzi göstəricilər nəzarətdə saxlanılmalıdır:
“Hazırda ÜST-nin tövsiyəsinə görə, COVID-19 xəstəliyinin təqibində bəzi göstəricilər nəzarətdə saxlanılmalıdır. Bura qanın ümumi analizi, eritrositlərin çökmə sürəti (EÇS), C-reaktiv zülal, ferritin, D-dimer, laxtalanma dəyərləri və xəstəliyin ağırlığından asılı olaraq prokalsitonin, IL-6 və s. testlər aiddir”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90