Danimarkada seçkilərdə sol blok qalib gəlib

image-4e63586963906c933b6169a773b6dfb3backend

Danimarkada keçirilən seçkilərdə sol blok qalib olub.

Busaat.az xəbər verir ki, 5,8 milyon əhalisi olan Skandinaviya ölkəsi Danimarkada dünən seçkilər keçirilib.

Gərgin rəqabətin yaşandığı seçkilərdə Danimarka xalqı Sosial Demokrat Partiyasına yeni hökumət qurmaq vəzifəsi verib.

Ekspertlər seçki qutusundan çıxan nəticənin hazırki Baş nazir Mette Frederiksenin koronavirus epidemiyası prosesini yaxşı idarə etməsinin nəticəsi olaraq dəyərləndirib. Sosial Demokrat Partiyası 27,5 % səslə ən çox səs toplayan partiya olub.

“Bizə güvənən və səs verən bütün danimarkalı seçicilərə təşəkkür etmək istərdim, bu böyük bir etimad idi. Bilirəm ki, bəziləriniz əvvəlcə şübhələndiniz. Biz uzun illərdi Danimarkada irəliləyiş əldə etməyə öyrəşmişik. İndi çətinliklərlə üz-üzəyik. Müharibə, enerji böhranı, inflyasiya və qlobal istiləşmə Avropada eyni zamanda yaşanır” –deyə, Frederiksen seçkilərdən sonra açıqlama verib.

Qeyd edək ki, Frederiksenin rəqibi Liberal Partiyasının lideri Yakob Ellemann-Jensen də məğlubiyyətini qəbul edib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90