Məzmuna keç
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft110.37 $▼1.19%
  • WTI neft101.82 $▼1.40%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)2.968 $▼2.69%
  • Qızıl4 014 $▲0.14%
  • Gümüş54.14 $▲0.34%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 439 $▼0.41%
  • Ethereum2 344 $▼0.48%
  • S&P 5007 624▼0.52%
14°Bakı
  • USD1.7004
  • EUR1.9061
  • 100 RUB2.0970
  • GBP2.2754
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542
  • GEL0.6547
  • 100 KZT0.3775
  • UAH0.0376
  • 100 JPY1.0827
  • CHF2.0664
  • USD1.7004
  • EUR1.9061
  • 100 RUB2.0970
  • GBP2.2754
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542
  • GEL0.6547
  • 100 KZT0.3775
  • UAH0.0376
  • 100 JPY1.0827
  • CHF2.0664
Dünya

Danimarkanın xarici işlər naziri Qurani-Kərimə hücumlara görə üzr istədi

image-lars-lokke-rasmussen
Lars Lökke Rasmussen
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen paytaxt Kopenhagendə Əlcəzair də daxil olmaqla, bəzi İslam ölkələrinin səfirlikləri qarşısında Qurani- Kərimə edilən hücumlara görə üzr istəyib və peşman olduğunu bildirib.

Busaat.az xəbər verir ki, bu barədə Əlcəzair Xarici İşlər Nazirliyi yazılı açıqlama yayıb.

Bildirilib ki, nazir Rasmussen əlcəzairli həmkarı Əhməd Attaf ilə telefon danışığı aparıb. Söhbət  zamanı o, bəzi İslam ölkələrinin səfirlikləri, o cümlədən Əlcəzairin Kopenhagendəki səfirliyi qarşısında Qurani-Kərimin yandırılmasına qarşı törədilən cinayət dalğasına görə təəssüfləndiyini bildirib və üzr istəyib.

Bu hərəkətlərin qəbuledilməz olduğunu vurğulayan nazir Rasmussen sözügedən hücumların Danimarka cəmiyyətinin tolerantlıq ənənəsini tamamilə pozduğunu qeyd edib.

Rasmussen həmçinin, Attafa hökumətinin bu çirkin əməllərə son qoymaq məqsədi daşıyan qanun layihəsini parlamentə təqdim edəcəyini bildirib.

Digər tərəfdən, Attaf və Rasmussen 16-18 oktyabr 2023-cü il tarixlərində Əlcəzairdə keçiriləcək Afrika və Şimali Avropa ölkələrinin Birgə Nazirlər Konfransının 20-ci sessiyasına hazırlıqla bağlı fikir mübadiləsi aparıblar.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=117937