Daşkəsən sakini Kəlbəcərdə minaya düşdü

image-1630241296_2020-12-14-12-17-49qnddnt94eboxjqrcmzl5_filebackend

Daşkəsən rayon sakini Kəlbəcər ərazisində minaya düşüb.

Busaat.az-a verilən məlumatına görə, rayonun Alaxançallı kənd sakini, 1964-cü il təvəllüdlü Tağıyev Şükür Əşrəf oğlu Daşkəsəndən Kəlbəcər ərazisinə keçən atını gətirmək istəyən zaman minaya düşüb.

O, ağır halda Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Onun ayağı topuqdan aşağı kəsilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90