Davamçı gənclər Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin binası ilə tanış olublar

image-davam4backend

“Davam” Gənclər Hərəkatının nəzdində fəaliyyət göstərən Gənc Hüquqşünaslar Klubunun təşəbbüsü ilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində görüş baş tutub.

Görüşdə Hakim Ceyhun Qaracayev, Aparatın Vətəndaşların qəbulu və şikayətlər şöbəsinin müdiri Anar Cəfərov və müdir müavini İntiqam Eyvazov, Aparatın Məhkəmə iclaslarının təşkili sektorunun müdiri Fərrux Seyidov və davamçı gənclər iştirak edib.

Görüş zamanı gənclərə konstitusiya və onun əsasları, ədalət anlayışı, məhkəmənin başlıca fəaliyyət istiqamətləri, o cümlədən qarşıda duran prioritet məqsədlərlə bağlı ətraflı məlumat verilib.

Sonda xatirə fotoları çəkilib.

Qeyd edək ki, “Davam” Gənclər Hərəkatı nəzdində fəaliyyət göstərən Gənc Hüquqşünaslar Klubunun məqsədi həm gənc hüquqşünasları, həm də qeyri-hüquq ixtisasında olan gəncləri Azərbaycanın hüquq sistemi ilə tanış etmək və onları bu sahə ilə bağlı maarifləndirməkdir.

image-davam1 image-davam2 image-davam3 image-davam4 image-davam5 image-davam6 image-davam7

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90