Dəhşətli qəzada ölən Yeganənin son paylaşımı: Darıxmışam ATU – FOTOLAR

Dəhşətli qəzada ölən Yeganənin son paylaşımı: Darıxmışam ATU – FOTOLARbackend

Xəbər verdiyimiz kimi, Bakının Xətai rayonunda ağır yol-nəqliyyatı hadisəsi zamanı 3 nəfər ölüb və 1 nəfər ağır xəsarət alıb. Hadisə Nobel prospektində qeydə alınıb. Bu gecə avtomobil qəzası nəticəsində Azərbaycan Tibb Universitetinin 3 tələbəsi – Tuncay Məmmədov, Sahil Mustafazadə və Yeganə Məmmədova həlak olublar.

Busaat.az xəbər verir ki, vəfatından sonra Yeganə Məmmədovanın bir müddət öncə sosial şəbəkədə yazdığı post yenidən gündəmə gəlib.

Yeganə təhsil aldığı Azərbaycan Tibb Universitetinə çox bağlı olduğunu bildiribmiş:

“Darıxmışam, işləməyən fəvvarənin başına mənasızca fırlanmaq üçün, çıxarkən perojkini biz bişirmişcəsinə üzərimizdə qoxu saxlayan əsasın bufeti, heç vaxt yer tapmayıb ayaqüstü yediyimiz “fizkim”, “anat” bufetləri, aramıza yeni qatılan cücüyəbənzər kolluq, “xanım bu lift tələbələr üçündür” ilə başlayan lift davaları, mallda oturarkən zəng edən müəllimə “qrup yoldaşımız zəhərlənib semaşkoda mədəsini yuduzdururuq” bəhanələri, günlük ən azı 10 km kafedradan kafedraya qaçmaq (yoxluğunda kökəlmişəm) üçün, bir sözlə darıxmışam ATU”.

Xatırladaq ki, tibb işçiləri FHN-in Modul Tipli Tibb Mərkəzində çalışıblar. Onlar evə qayıdarkən qəzaya düşüblər.

Allah rəhmət eləsin.

Yeganənin fotolarını təqdim edirik:

1606739890 128345933 4764624853609765 7759762607919028322 o

1606739623 487
1606739625 71835689 167982221019101 2890527107765501952 o
1606739563 74829578 175946606889329 4449473942700163072 o
1606739621 78553779 180296706454319 3390534848039878656 o
1606739584 80753424 184308902719766 2381832259264053248 o
1606739632 82586148 187781475705842 5175803966730010624 o
1606739629 128823769 1292843291077052 5079092407297496631 n


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki