Deputat: “Döyüş meydanında aldığı dərsi ermənilər dinc əhaliyə qarşı törətdiyi vəhşiliyin layiqli cavabını alacaq”

Deputat: “Döyüş meydanında aldığı dərsi ermənilər dinc əhaliyə qarşı  törətdiyi vəhşiliyin layiqli cavabını alacaq”backend
“Təcavüzkar Ermənistan zaman-zaman Azərbaycan və azərbaycanlılara qarşı insanlığa sığmayan vəhşi hərbi cinayətləri və vandalizm əməlləri, terror, soyqırım siyasəti həyata keçirib və bu siyasətini bu gün də davam etdirməkdədir. Bu faktlaır sadalamaqla bitməz. Qəsbkar Ermənistanın Azərbaycanın şəhər və rayonlarında dinc əhalini hədəf seçərək beynəlxalq həbri cinayətlər törətməsi dediklərimizin bariz nümunəsidir. Təəssüflə qeyd etmək lazımdır ki, təcavüzkar Ermənistanın insanlığa zidd, vandal, vəhşi hərəkətləri dünyanın, beynəlxalq təşkilatların gözü qarşısında baş verməkdədir. Ancaq nə dünya birliyi, nə də ki, beynəlxalq təşkilatlar terroru, faşizm ideologiyasını dövlət siyasəti səviyyəsində həyata keçirən qəsbkar Ermənistan bu susqunluqdan həvəslənərək Azərbaycana qarşı insanlığa zidd hərbi cinayətlərini davam etdirməkdədir”.

 Bunu “Ölkə.Az”a açıqlamasında  millət vəkili Ülvi Quliyev deyib.

Millət vəkilinin sözlərinə görə, amma beynəlxalq aləm unudur ki, terrorçu dövlətin bu cür hərbi cinayətlərinə göz yumması, nəticədə özlərinə qarşı çevrilə bilər. “Azərbaycan xalqı  hələ də  beynəlxalq aləmin  terrorçu Ermənistanın həyata keçirdiyi insanlığa sığmayan hərbi cinayətlərinə dur deyəcək və buna görə terrorçunu cəzalandırılması istiqamətində konkret addım atacağına ümid edir”-  deputat qeyd edib.

Millət vəkili Gəncədə dinc insanlara qarşı terrorçu Ermənistanın hərbi-siyasi rəhbərliyinin törətdiyi hərbi cinayətləri  vandalizm və vəhşilik adlandırıb. “Çünki  terrorçu Ermənistan beynəlxalq hüququn qaydalarını ayaqlar altına ataraq  dinc əhaliyə qarşı qadağan olunmuş silahlardan istifadə edir.  Belə ki, terrorçu  Ermənistanın silahlı qüvvələri son müharibədə dinc Azərbaycan əhalisinə qarşı “Kaset Sursatlar haqqında konvensiyaya” (CCM) uyğun olaraq 2008-ci ildə qadağan olunmuş sursatlar sinfinə daxil olan “9N235”, həmçinin “M85” bombacıqlarından istifadə edib. Bununla da  qəsbkar Ermənistan hərbi münaqişə və müharibə şəraitində Beynəlxalq Humanitar Qanunu və Cenevrə konvensiyalarını  ayaqlar altına ataraq Azərbaycan vətəndaşlarının beynəlxalq hüquqla tanınan insan hüquq və azadlıqlarını sistemli şəkildə və qeyri-insani formada kütləvi surətdə pozub. Ona görə də BMT Baş Məclisinin Vyana Bəyannaməsində (1993-cü il) və onun fəaliyyət proqramına görə, silahlı münaqişə şəraitində qadınların insan hüquqlarının pozulması beynəlxalq hüququn əsas prinsiplərinin pozulması kimi dəyərləndirilməli və belə əməllərə görə ən ciddi tədbirlər görülməlidir.

Terrorçu Ermənistanın silahlı qüvvələri 27 sentyabrdan 11 oktyabradək Azərbaycanın münaqişə və müharibə zonasından kənarda yerləşən yaşayış məntəqələrini ağır artileriyyadan açdığı atəşlər və endirdiyi raket zərbələri nəticəsində 40-dan artıq mülki şəxs həlak olub, 200-dən artıq insan yaralanıb, 150-dək mülki obyekt və 1165 yaşayış evi yarasız hala düşüb.

Digər tərəfdən isə qəsbkar Ermənistan silahlı qüvvələri Azərbaycanın enerji infrastrukturunu və beynəlxalq əhəmiyyətli boru kəmərlərini hədəfə alır. Belə ki, böyük su rezervuarına malik Mingəçevir su elektrik stansiyası və Avropaya istiqamətlənən Bakı-Tiflis-Ərzurum qaz kəmərinə, Bakı-Tiflis-Ceyhan neft kəmərinə təhlükə yaradır. Ermənistanın yaratdığı təhlükə Avropanın enerji təhlükəsizliyinə ciddi risklər törədir. Ona görə də beynəlxalq aləm  qəsbkar, terrorçu Ermənistanın  dünyanın təhlükəsizliyinə yratadığı ciddi təhdidin qarşısını almalıdır. Çünki terrorçu Ermənistanın  bu hərəkətləri dünyada xoşagəlməz presidentlərə səbəb ola bilər. O baxımdan belə bir bəşəri cinayətkarlığın qarşısı  gec də olsa qarşısı alınmalıdır.

Əgər beynəlxalq aləm qısa zamanda terrorçu Ermənistanın  insanlığa sığmayan vəhşiliklərinə və hərbi cinayətlərinə dur deməzsə, o zaman  Azərbaycan terrorçu ilə necə davranacağını yaxşı bilir. Necə ki, sentyabrın 27-dən sonra  qəsbkar Ermənistanın Azərbaycana qarşı növbəti təxribatından sonra əks-hücum əməliyyatı ilə azğın düşmənin dərsi verildisə, terrorçularında dərsi  ona uyğun şəkildə layiqincə veriləcək. Bunu həm terrorçu Ermənistan, həm də onun havadarları yaxşı anlamalıdır. Odur ki, nə qədər gec deyil həm terrorçu Ermənistan, həm də  terrorçuya dəstək verib silahlandıran ölkələr  baş verənlərdən nəticə çıxarmalıdır”- millət vəkili bildirib.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki