Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft93.40 $▼1.96%
  • WTI neft86.53 $▼2.05%
  • Avropa qazı (TTF)84.80 €▼6.76%
  • Təbii qaz (ABŞ)3.131 $▼0.85%
  • Qızıl3 861 $▼0.23%
  • Gümüş46.89 $▼0.91%
  • Pambıq81.31 ¢▲2.99%
  • Buğda601.75 ¢▲2.56%
  • Bitcoin64 635 $▼1.04%
  • Ethereum1 823 $▼0.61%
  • S&P 5007 473▼1.16%
9°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Cəmiyyət

"Deyirdi, ata, nə qədər təhqir olar, Sahil Babayev..." - Oğlu işdən çıxarılan Xalq artisti nazirə "OD PÜSKÜRDÜ"

image-1684406135_seyx-ebdul
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Oğlumu o şöbədən bu şöbəyə atdılar, bezdirdilər, axırda da işdən çıxardılar”.

Busaat.az yenicag.az-a istinadən xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin əmri ilə oğlu işdən çıxarılan Xalq artist Şeyx Əbdül Mahmudbəyli deyib.

O, oğlunun buna görə stress keçirdiyini bildirib:

“Oğlumu işdən çıxarıb göndəriblər evə. Stress içərisindədir. Nazir Sahil Babayevlə əlaqə saxlaya bilmirəm. Niyə mənim oğlumu işdən çıxarırsan? Səbəb nədir?

Oğlumun əmək kitabçası o nazirlikdə açılıb. Nə var, nə var oğlum Səlim Müslümovun zamanında işləyib. Oğlumu elə pisikdirdilər ki, cana doydu.

Deyirdim, oğlum döz. Deyirdi, ata, ürəyim partlayır, dözə bilmirəm, nə qədər təhqir, həqarət, mənə aid olmayan işlər olar? Bu nazir bizdən nə istəyir? Haqq-salama görə susurdum. Budur onun mənə hörməti?

Mən ona deyirəm, bu hərəkəti səndən gözləməzdim, ayıb olsun. Bir dənə Şeyx Əbdulun oğlunu işdə saxlamaq olmazdı? Orada nə işlər çevirirsiz, özünüz bilərsiz, Allah işinizi avand eləsin, amma oğlumun başında çatlatmayın”.

Qeyd edək ki, nazir Sahil Babayevin müvafiq əmri ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin baş əmək müfəttişi(kiçik müşavir) Babək Mahmudov tutduğu vəzifəsindən azad olunub.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=110083