Məzmuna keç
  • Azeri Light97.62 $▲1.21%
  • Brent neft90.19 $▲0.97%
  • WTI neft83.47 $▲1.52%
  • Avropa qazı (TTF)84.45 €▲4.12%
  • Təbii qaz (ABŞ)3.309 $▼2.22%
  • Qızıl3 687 $▼1.01%
  • Gümüş44.49 $▼1.32%
  • Pambıq79.96 ¢▼0.17%
  • Buğda594.00 ¢▲1.58%
  • Bitcoin63 174 $▲0.30%
  • Ethereum1 788 $▲0.74%
  • S&P 5007 247▼1.03%
14°Bakı
  • USD1.7000
  • EUR1.8637▼0.0044
  • 100 RUB2.0630▼0.0057
  • GBP2.2325▼0.0111
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6564▲0.0011
  • 100 KZT0.3826▼0.0004
  • UAH0.0377▲0.0001
  • 100 JPY1.0653▼0.0028
  • CHF2.0151▼0.0079
  • USD1.7000
  • EUR1.8637▼0.0044
  • 100 RUB2.0630▼0.0057
  • GBP2.2325▼0.0111
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6564▲0.0011
  • 100 KZT0.3826▼0.0004
  • UAH0.0377▲0.0001
  • 100 JPY1.0653▼0.0028
  • CHF2.0151▼0.0079
İdman

DİN azarkeşlərə müraciət etdi - "Neftçi" - "Qalatasaray" oyununa görə

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Daxili İşlər Nazirliyi, AFFA və “Neftçi” klubu UEFA Avropa Liqasının II təsnifat mərhələsində Türkiyə “Qalatasaray” ilə oyun öncəsi birgə açıqlama yayıb.

Busaat.az  xəbər verir ki, bəyanatda matçın UEFA İcraiyyə Komitəsinin müvafiq qərarına uyğun olaraq, azarkeşsiz keçiriləcəyi xatırladılıb.

Hər iki komandanın Azərbaycanda çoxlu sayda azarkeşinin olması nəzərə alınaraq, bir daha bildirilib ki, COVİD-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qaydalara riayət olunması vacibdir. “Qalatasaray” komandasının Bakıya gəlişi zamanı hava limanında, komandanın qalacağı otelin qarşısında, məşq edəcəyi və oyunun keçiriləcəyi stadionun ətrafında, eləcə də digər müvafiq məkanlarda azarkeşlərin kütləvi toplaşması yolverilməzdir.

DİN, AFFA və “Neftçi” koronavirusa yoluxma hallarının artım riskini nəzərə alaraq, azarkeşləri Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qaydalara riayət etməyə çağırır.

Azarkeşlər sevimli komandalarına çatdırmaq istədikləri mesajları videoya çəkərək CBC Sport televiziya kanalına göndərə bilər. Həmin videomesajlar CBC Sport-da, həmçinin oyun günü Bakı Olimpiya Stadionunun monitorlarında nümayiş etdiriləcək.

Qeyd edək ki, sentyabrın 17-də keçiriləcək görüş saat 17:00-da başlanacaq.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=18393