Xəbər verdiyimiz kimi, ötən gün Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəhbəri, polis polkovnik-leytenantı Elşad Hacıyev sosial şəbəkə səhifəsi vasitəsilə evində qanunsuz silah saxlayan şəxslərə müraciət edib.
Busaat.az xəbər verir ki, artıq DİN rəsmisinin çağırışına cavab verən vətəndaşlar var.
Belə ki, bu barədə E.Hacıyev növbəti paylaşımında bildirib:
“Söz verdiyimiz kimi – döyüş silah-sursatı könüllü təhvil ver və biz də təşəkkür edək. Bu baş verdi. Xətai rayonunda vətəndaşlardan biri 1 ədəd “Makarov” markalı tapança, 3 ədəd daraq, 108 ədəd müxtəlif çaplı patron, 2 ədəd əl qumbarası və 5 ədəd alışqanı təhvil verib”.