Məzmuna keç
  • Brent neft113.43 $▲1.33%
  • WTI neft104.12 $▲1.14%
  • Avropa qazı (TTF)103.94 €▲6.60%
  • Təbii qaz (ABŞ)2.898 $▲0.03%
  • Qızıl3 899 $▼2.68%
  • Gümüş49.28 $▼4.20%
  • Pambıq78.13 ¢▼0.12%
  • Buğda603.50 ¢▼0.49%
  • Bitcoin78 046 $▲0.80%
  • Ethereum2 270 $▲0.79%
  • S&P 5007 580▼1.83%
19°Bakı
  • USD1.7000
  • EUR1.9019
  • 100 RUB2.0923
  • GBP2.2760
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2553
  • GEL0.6551
  • 100 KZT0.3753
  • UAH0.0375
  • 100 JPY1.0800
  • CHF2.0675
  • USD1.7000
  • EUR1.9019
  • 100 RUB2.0923
  • GBP2.2760
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2553
  • GEL0.6551
  • 100 KZT0.3753
  • UAH0.0375
  • 100 JPY1.0800
  • CHF2.0675
Gündəm

DİQQƏT: Karantin rejimi ilə bağlı vacib xəbər -1 GÜN SONRA…

image-1617510642_karantin
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Karantin qaydalarının sərtləşdirilməsi epidemioloji vəziyyətə görə qəbul edilir. İndi vəziyyət pisləşməyə doğru gedir və yoluxma potensialı artır”.

Bu sözləri açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.

Onun sözlərinə görə, insanların təmaslarının mümkün qədər qarşısı alınmalıdır: “İctimai nəqliyyatda sıxlığın, restoran və şadlıq evlərində müəyyən tədbirlərin keçirildiyi, insanların təmasları ayrı-ayrı yerlərdə kifayət qədər mövcud olduğu halda karantin qaydalarının birtərəfli sərtləşdirilməsi fayda vermir.

Hesab edirəm ki, karantin göstərişlərini (maska taxmaq, əlləri dezinfeksiya etmək və məsafə saxlamaq) gözləməklə vəziyyəti stabil saxlamalıyıq.

Amma yoluxma sayı artarsa, sərt karantin olacaq. Çünki biz ikinci dalğa zamanı da gördük ki, xəstəxanada yer tapılmır, ölənlərin sayı çox olur, ambulator xidmət üçün dərman ajiotajı yaşanır. Fikrimcə, nə qədər ki vəziyyət pisləşməyib, müəyyən qaydalar qəbul olunmalıdır. Amma qaydalar elə qəbul olunmalıdır ki, hər tərəfi əhatə etsin.

Sosial həyatın bir tərəfində sərt karantin olduğu halda, digər tərəfində müəyyən təmaslar üçün imkanlar olmamalıdır. Belə olan halda karantinin faydası olmayacaq. Biz eşidirik ki, toylar da keçirilir, restoranlar da dolur, kifayət qədər oynayanlar da var. Əgər karantin elan olunursa, buna ciddi əməl edilməlidir. Yoluxma sayı yüksək rəqəmlərlə ölçülsə, mütləq sərt tədbirlərə gedilməlidir”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=42548