Məzmuna keç
  • Azeri Light126.00 $▲0.00%
  • Brent neft113.43 $▼0.00%
  • WTI neft104.12 $▼0.00%
  • Avropa qazı (TTF)103.94 €▲6.60%
  • Təbii qaz (ABŞ)2.898 $▼0.00%
  • Qızıl3 899 $▲0.00%
  • Gümüş49.28 $▼0.00%
  • Pambıq78.13 ¢▼0.12%
  • Buğda603.50 ¢▼0.49%
  • Bitcoin77 981 $▲0.72%
  • Ethereum2 269 $▲0.71%
  • S&P 5007 580▼1.83%
20°Bakı
  • USD1.7000
  • EUR1.9019
  • 100 RUB2.0923
  • GBP2.2760
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2553
  • GEL0.6551
  • 100 KZT0.3753
  • UAH0.0375
  • 100 JPY1.0800
  • CHF2.0675
  • USD1.7000
  • EUR1.9019
  • 100 RUB2.0923
  • GBP2.2760
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2553
  • GEL0.6551
  • 100 KZT0.3753
  • UAH0.0375
  • 100 JPY1.0800
  • CHF2.0675
Gündəm

DİQQƏT! SMS bildirişlərin göndərilməsinə başlanıldı – Fotolar

image-3-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Azəriqaz” İstehsalat Birliyi abonentlərə təbii qazdan istifadəyə görə SMS bildirişlərin göndərilməsinə başlayıb.

Busaat.az xəbər verir ki, təxminən bir ay əvvəl start verilən yeni proqramlaşdırma işləri müvəffəqiyyətlə tamamlanıb. Mart ayının 9-dan etibarən bir gün ərzində Bakı şəhəri və Abşeron yarımadasını əhatə etməklə 12 inzibati rayon üzrə SMS bildirişlər Birliyin abonent bazasında mövcud olan mobil telefon nömrələrinə göndərilib. Ümumilikdə 61 mindən çox abonenti əhatə edən SMS bildirişlər 5 milyon manata yaxın debitor borcun yığımını əhatə edir. Ən çox SMS bildirişi Abşeron rayonu üzrə 10 970 abonent alıb.

SMS bildirişlərin göndərilməsi “Azəriqaz” İstehsalat Birliyi üçün də yeni bir təşəbbüs olduğundan bəzi xırda çatışmazlıqlar ortalığa çıxa bilər. Bir sutka ərzində 10-a yaxın belə müraciət daxil olub. Əsasən bu müraciətlər bəzi abonentlərin bazadakı mövcud mobil nömrələrinin daha sonra digər şəxslərə satılması və ya bağışlanmasından irəli gələn məsələləri əhatə edir. Lakin bu halda da çətinliklər tez bir zamanda araşdırılaraq aradan qaldırılır.

Qeyd edək ki, bundan sonrakı mərhələdə proqram təminatı təkmilləşdirilməklə, SMS bildirişlərin göndərilməsinin ölkənin digər bölgələrində də tətbiqi nəzərdə tutulur.

image-2-1

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=39672