Gələn il yanvarın 1-dən etibarən Azərbaycanda özəl sektorda gəlir vergisinə tətbiq olunan güzəştin müddəti başa çatacaq. Hələlik müddətin uzadılıb-uzadılmayacağı barədə rəsmi açıqlama verilməyib. Güzəşt 2019-cu ildən tətbiq edilir. Güzəştlərə əsasən, yalnız hazırda özəl sektorda 8000 manatdan yuxarı olan maaşdan 14% vergi tutulur. Güzəştlər ləğv edilərsə, maaşın 2500 manatadək hissəsindən 14%, ondan çox olan hissəsindən isə 25% vergi tutulacaq. Maaşlardan vergi necə, nə qədər tutulacaq?
Mövzu ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənov Referans-a açıqlamasında bildirib ki, əgər qanunvericiliyə dəyişiklik edilməsə, fiziki şəxslərin muzdlu gəlirləri 2025-ci ilin sonundan ehtibarən, yəni 26-cı ilin yanvarın birindən etibarən 14%-lik gəlir vergisinə cəlb olunacaqdır. Bu mexanizm 2018-ci ilə qədər qüvvədə olan mexanizmdir. Burada 7 il müddətinə güzəştlər verilib. 2019-cu ilin yanvarın birindən ehtibarən və bu güzəştlərin müddəti bitir. Güzəştli müddətin artırılması ilə bağlı hər hansı bir rəsmi açıqlama yoxdur. Büdcə prosesi çərçivəsində açıqlanan məlumatlardan çıxarılan nəticələrdən biri odur ki, müvafiq güzəştin müddəti artırılmayacaq.
Nə baş verəcəkdir?
Ekspertin qənaətinə görə, özəl və qeyri-neft sektorunda çalışan şəxslərin əmək haqqından tutmalar əhəmiyyətli səviyyədə artacaqdır. Çünki 2019-cu ilin əvvəlinə qayıtdıqda həmin dövrdə muzdlu şəxslərin əmək haqqından dövlət sosial sığorta fonduna tutmalar cəmi 3% idisə, bu, 2019-dan dəyişdirilərək 10%-ə qədər artırıldı. Yəni 200 manatdan yuxarı hissədən 10% tutulur. Artıq 2026 – cı ilin yanvarından da etibarən burada 14%-lik vergi tətbiq olunacaqdır və nəticədə ümumi tutmaların həcmi bu istiqamətlər üzrə sadəcə vergi və dövlət sosial sığorta məcburidir. Dövlət sosial sığorta haqqı üzrə tutmalar, yəni biz bura işsizliyə görə sığortadan tutmaları və son illərdə tətbiq olunmağa başlayan icbari tibbi sığorta xidməti üzrə tutmalara aid etmədən faktiki olaraq vətəndaşların, muzdlu çalışanların əmək haqqından tutmaların səviyyəsi 7% bəndə artacaqdır.
Ekspert eyni zamanda bildirib ki, burada vergi məcəlləsinin müəyyən etdiyi güzəştlər də vardır. Əmək haqqının 200 manada qədər hissəsi vergiyə cəlb olunmur və bundan əlavə bir çox müxtəlif sosial kateqoriyalar var ki, həmin sosial qruplar üzrə vergi məcəlləsi, milli qəhrəmanların gəlirləri, və s. müxtəlif səviyyələrdə, yəni 50 manatdan 800 manata qədər, müxtəlif səviyyələrdə bu sosial qruplara daxil olan şəxslərdən, şəxslərin muzdlu işlərdən əldə etdiyi gəlirlərin, deyək ki, vergi tutulan hissəsi azaldılır. Təxminən 200 manatdan 1000 manata qədər hissəsi vergidən azad olunmaqla, əmək haqqının digər hissəsi, 14 faizlik dərəcə ilə vergiə cəlb olunacaq.
Ekspertin izahında Bu vergi birbaşa olaraq muzdlu tərəfindən, yəni işçi tərəfindən ödənilən vergi növüdür. Onun əldə etdiyi gəlirlərdən ödənilən vergi növüdür. 14 faiz dərəcəsi kifayət qədər ciddi faiz dərəcəsidir və 2025-2026-cı illərdə əmək haqqında müşahidə edilən artımı bütövlükdə, deyək ki, bu vergi dərəcəsinin tətbiq edilməsi ilə aradan qaldırılması hala baş verə bilər. Bu da əhalinin alıcılıq gücünün kəskin şəkildə azalması istiqamətində ciddi çağırışlar yarada bilər.
Müsahibimiz deyib ki, 1000 manat faktiki olaraq xalis əmək haqqı alan şəxs növbəti il, bunun 800 manatlıq hissəsindən əgər güzəştli kateqoriyaya daxil deyilsə, 14% vergi verəcək. Bu da 132 manat edəcəkdir. Təxminən, yəni, həmin 1000 manat, 132 manat azalaraq 868 manat olacaqdır.
“Yəni bu, birbaşa olaraq qeyri-dövlət və qeyri neft sektorunda çalışan şəxslərin əmək haqqının azalmasına gətirib çıxaracaq. Amma orada uzunmüddətli dövrdə təbii ki, əmək bazarında tələb-təklif və eyni zamanda ölkədə infiliyasiya faktoru məhsuldarlığın təsirləri nəticəsində burada bir uyğunlaşma gedə bilər. Amma qısa müddətli dövrdə, ən azından növbəti 1-2 il ərzində əhalinin gəlirlərində əhmiyyətli səviyyədə azalma müşahidə olunacaqdır”, – deyə ekspert qeyd edib.








