Vaxtı ilə Ermənistan işğal siyasətini yerinə yetirərkən Ağdam şəhəri tamamilə dağıdılmış, 30 illik diyarın daşları söküımüş, viran qoyulmuş, məscidlərdə donuz inək saxlanılaraq dini inanclarımızı, mənəvi dəyərlərimizi aşağılayıb. 67 məsciddən 65 vəhşicəsinə tamamilə dağıdılmlşdır. Binaların dağıdılmadığı yeganə yer Şuşa, Laçın qismən Kəlbəcər olub. Ermənistan beynəlxalq hüquq normaları pozaraq müxtəlif ölkələrdə olan erməni əhalisni işğal olunan ərazilərdə yerləşdirmişdir, kobud şəkildə qanunsuz iş görmüşdür.
İşğal dönəmində 1 milyondan çox mina basdırıblar. Müharibə bitəndən bəri 250 Azərbaycan vətəndaşı mina partlaması nəticəsində həlak olub. Ermənistanın təcavüzü nəticəsində Qarabağ, Zəngəzur, həmçininn bugünkü Ermənistanda 1 milyondan çox azərbaycanlı öz doğma torpaqlarından tamamilə etnik təmizləməyə məruz qalıb.
Bu gün azad olan bu torpaqlara gələn hər bir vətəndaş Ermənistanın vandalizminin nəticələrini görür. Bura gələn hər bir kəs özlərini mənəvi cəhətdən tükənmiş hiss edirlər. Ağdama gələn jurnalistlər bu əraziyə bir neçə ad veriblər. “Urbisid qurbanı”, “ruhlar şəhəri”, “Qafqazın Xirosiması bu adlar verilməsi tamamilə doğru hesab edilir. İşğalçılıq siyasəti yürütməklə Ermənistanın əsas hədəfi de-fakto vəziyyəti yerində dəyişmək və bununla Azərbaycanla danışıqlar prosesini sonsuz etmək idi. Beynəlxalq ictimaiyyəti Azərbaycan xalqının humanitar fəlakətinə göz yummağa qərar vermişdi. Ən çox təəssüf doğuran odur ki, ATƏT-dən mandatı olan Minsk Qrupu adlandırılan struktur və onun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfərlər edib, bütün şəhər və kəndlərin qəddarcasına dağıdılmasının, ermənilərin torpaqlarımızda qanunsuz məskunlaşdırılmasının şahidi olublar, lakin Ermənistanı qınamayıblar.
Hazırkı zamanda artıq vasitəçiliyə ehtiyacımız yoxdur. Ermənistanın bizə qarşı törətdiyi qırğınlara, fəlakətlərə rəğmən bu gün biz yenə də onlara sülh təklif edirik. Beş əsas prinsip irəli sürürük: ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınması, gələcəkdə ərazi iddialarından çəkinmək, güc tətbiq etməmək və ya güc tətbiq etmək hədəsindən çəkinmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması.
Sülhlə bağlı müəyyən dərəcədə nikbinlik var, yaxın zamanda 2 dövlətin xarici işlər nazirlərinin görüşü, sülh sazişinin hazırlanması gündəliyi ilə bağlı görüş keçirilmişdir. 30 ilə yaxın davam edən işğal illəri ərzində sərhəd tamamilə Ermənistan nəzarətində olub, hazırda isə 400 kilometrdən çox olan sərhədi müəyyənləşdirmək üçün tarixi sənədlərə, xəritələrə beynəlxalq təcrübə və metodologiyaya əsaslanaraq fəal şəkildə işləməliyik.
Bu gün biz Qarabağı dirçəltməyə çalışırıq ki, yurdundan-yuvasından 30 ildir uzaq olan əhali elinə qayıtsın. 300 mindən çox məcburi köçkün üçün ev mənzil inşa olunmuşdur lakin buna baxmayaraq artıq Böyük Qayıdış proqramı başlayıb.
Maksimum iki ildən sonra Ağdamın Xıdırlı, Kəngərli və Sarıcalın kəndlərində bir neçə min insan yaşayacaqdır. Ağdam şəhərində min yerlik məktəb tikilir. Keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün bütün imkanlar səfərbər olunub. İrimiqyaslı infrastruktur layihələr icra olunur. Füzuli Beynəlxalq Hava Limanı cəmi səkkiz ay ərzində tikilib. Cari ayda Zəngilan Beynəlxalq Hava Limanını açılması və 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanını istifadəyə verilməsi planlaşdırılır. Bərdə-Ağdam dəmir yolu gələn il istifadəyə veriləcək. Təsdiq olunmuş investisiya planına əsasən, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisində ümumi uzunluğu 50 kilometrdən çox olan 33 tunel olacaq, uzunluğu 12 kilometr olan 84 yeni körpü salınacaq. Bütün azad olunmuş ərazilərdə elektrik təchizatı tamamilə bərpa edilib. Tezliklə Cəbrayılda 230 meqavat gücündə olan günəş elektrik stansiyasının tikintisinə başlanacaq.
Yurda qayıdışımız bizim qürur və sevinc mənbəyimizdir. Bu sevinc bizə 30 ildən sonra geri qaytarıldı. Şanlı qələbəmiz olaraq tarixə yazıldı.
İsmayılova Aygün /YAP -ın üzvü