Doğuş ondan 5 qəpik təzminat tələb edir

image-dogusbackend

Müğənni Doğuş həmkarı Bilal Sonsesi öz mahnısını təqlid etdiyi üçün məhkəməyə verib.

Busaat.az xəbər verir ki, sənətçinin vəkili Eda Salman tərəfindən İstanbul 1-ci Fikri və Sənaye Hüquqları Məhkəməsinə göndərilən vəsatətdə Sonsesin “Elin olamam” adlı mahnısının giriş və son hissəsinin Doğuşun “Bunun adına yürek derler” bəstəsindən götürüldüyü vurğulanıb.

Qeyd olunub ki, 7 nəfərdən ibarət Musiqi Əsəri Sahibləri Qrupu Peşəkar Dərnəyi (MSG) sözügedən bəstənin plagiat olduğunu təsdiqləyib.

Müraciətdən sonra B. Sonses həmin mahnını yutub səhifəsindən silib. Buna baxmayaraq, mənəvi zərər görən Doğuş 5 qəpiklik təzminat tələb edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90