Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 174 $▲0.10%
  • Ethereum1 787 $▲1.02%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Belarus məhkəməsi Tixanovskayanı 15 il müddətinə azadlıqdan məhrum etdi

image-press-konferenciya-kandidata-v-prezidenty-belorussii-s-tikhanovskoy
6304605 09.08.2020 Кандидат в президенты Белоруссии Светлана Тихановская на пресс-конференции в Минске. Илья Питалев / РИА Новости
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Minsk Şəhər Məhkəməsi Belarus prezidentliyinə keçmiş namizəd, xalq hərəkatının lideri Svetlana Tixanovskayanı azadlıqdan məhrum edib.

Busaat.az xəbər verir ki, bu barədə TASS məhkəmə zalından xəbər verib.

Hakim Pyotr Orlov bildirib ki, Tixanovskaya 15 il müddətinə azadlıqdan məhrum edilib və 10,407 ABŞ dolları miqdarında cərimə edilərək, ümumi rejimli koloniyada cəzalandırılıb.

Tixanovskaya dövlətə xəyanətdə, dövlət hakimiyyətini ələ keçirmək üçün sui-qəsddə, ekstremist birlik yaratmaqda və idarə etməkdə, hakimiyyəti ələ keçirmək üçün ictimai çağırışlarda təqsirli bilinib.

Tixanovskaya ilə yanaşı, Belarus müxalifətinin qondarma Koordinasiya Şurasının üzvləri Pavel Latuşko, Olqa Kovalkova, Sergey Dylevski və Mariya Moroza qarşı qiyabi proses başlanıb. Pavel Latuşko 18 il müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsində, Olqa Kovalkova Mariya Moroz və Sergey Dylevski isə 12 il ümumi rejimli koloniyada cəzaya məhkum ediliblər.

Belarus iqtidarına meyilli mərkəzlərin məlumatına görə, Tixanovskaya, 2020-ci ilin avqustunda keçirilən prezident seçkilərinin rəsmi nəticələrinə əsasən ikinci olub. O, nəticələri tanımayıb və tezliklə ölkəni tərk edib. Tixanovskayanın tərəfdarları Koordinasiya Şurası yaradıblar və bu şura öz məqsədinin yeni seçkilər vasitəsilə hakimiyyətin ötürülməsini təmin etmək olduğunu bəyan edib.

Belarus hüquq-mühafizə orqanları əvvəllər Tixanovskayanın və bəzi digər təqsirləndirilən şəxslərin ekstradisiyasında köməklik göstərilməsi üçün xarici ölkələrin səlahiyyətli orqanlarına müraciət etsə də, nəticəsi olmayıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=103000