Məzmuna keç
  • Azeri Light122.49 $▲0.00%
  • Brent neft110.59 $▼0.23%
  • WTI neft101.97 $▲0.62%
  • Avropa qazı (TTF)99.90 €▲5.70%
  • Təbii qaz (ABŞ)3.014 $▼1.63%
  • Qızıl4 065 $▲0.22%
  • Gümüş53.97 $▼0.26%
  • Pambıq78.34 ¢▲0.38%
  • Buğda599.50 ¢▼1.96%
  • Bitcoin81 210 $▲0.51%
  • Ethereum2 357 $▲0.43%
  • S&P 5007 744▲0.27%
16°Bakı
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
İqtisadiyyat

Dollar zəifləyir – Manatı nə gözləyir? VACİB PROQNOZ

image-01k96vzfwng1vse4xj0jhbbs2y-large
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Dollar zəifləyir – Bəs manatı nələr gözləyir? – VACİB PROQNOZ

Qlobal maliyyə bazarlarında ABŞ dollarının əsas valyutalara qarşı zəifləməsi son günlər iqtisadçıların və investorların diqqət mərkəzindədir. Dollar indeksində müşahidə olunan eniş dünya üzrə bir çox milli valyutanın mövqeyinə təsir göstərdiyi kimi, Azərbaycan manatının məzənnəsi ilə bağlı da suallar doğurur. Xüsusilə enerji qiymətləri, xarici ticarət balansı və Mərkəzi Bankın valyuta siyasəti fonunda dolların ucuzlaşmasının manata mümkün təsirləri maraqla izlənilir. Bəs dollar indeksinin zəifləməsi Azərbaycan manatının məzənnəsinə birbaşa təsir göstərə bilərmi, yoxsa ölkənin valyuta bazarı daha çox daxili iqtisadi amillərlə tənzimlənir?

Busaat.az bildirir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, dollar indeksinin zəifləməsi birbaşa olaraq Azərbaycan manatının məzənnəsinə təsir göstərə bilər, amma bu təsir bir neçə amildən asılıdır.

“Dollar indeksi ABŞ dollarının əsas valyutalara qarşı dəyərini ölçür. Əgər dollar zəifləyirsə, xarici valyutalar dollar qarşısında möhkəmlənir. Azərbaycan manatı dollarla məzənnələndiyi üçün, dolların zəifləməsi manatın dollara qarşı möhkəmlənməsinə təzyiq göstərə bilər. Lakin manatın məzənnəsi həm də ölkənin neft gəlirləri, xarici valyuta ehtiyatları və Mərkəzi Bankın siyasətindən asılıdır”

A.Nəsirli qeyd edir ki, bu səbəbdən dollar indeksindəki dəyişiklik manatın məzənnəsinə birbaşa və dərhal əks olunmaya bilər, amma uzun müddətli və ya böyük dalğalanmalar təsir göstərir.

“Sadə desək, dollar zəifləyirsə, manatın dollara qarşı dəyəri artmaq ehtimalı var, amma bu həmişə birbaşa və avtomatik baş vermir”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=179621