Dörd nəfərin ölümünə səbəb olan Elşad klub prezidenti imiş… – FOTOLAR

image-1623683694_elsad3backend

Xəbər verdiyimiz kimi, ötən gecə Novxanı-Sumqayıt yolunda 4 nəfərin ölümünə səbəb olan ağır avtomobil qəzası baş verib.

Busaat.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, “Range Rover” markalı 10 CO 002 dövlət nömrə nişanlı avtomobili ilə qəzaya səbəb olan “Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkəni Elşad Kəlbəliyevlə bağlı bəzi məlumatları əldə edilib.

Belə ki, “Qurtuluş 93”də satış müdiri vəzifəsində çalışan E.Kəlbəliyev, “Əlincə” futbol klubunun prezidenti olub. Maraqlıdır ki, 2010-cu ildə yaradılan, ötən il isə fəaliyyətini dayandıran sözügedən klubun təsisçi də Kəlbəliyevin qayınatası, “Bağçalı Evlər” MTK-nın rəhbəri Məhərrəm Novruzov olub.

Qeyd edək ki, E.Kəlbəliyev qəzanı törədən zaman sərxoş olub. O, hadisə ilə bağlı istintaqa cəlb edilərək həbs olunub.

image-1623683719_elsad2 image-1623683655_elsad33 image-1623683694_elsad3 image-1623683669_elsad1

 

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90