Xəbər verdiyimiz kimi, Gəncədə ikimərtəbəli ev yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Busaat.az “Qafqazinfo”nun məlumatına görə, yanğın zamanı həlak olan şəxs 58 yaşlı Kamil Quliyevdir. O, Daşkəsənin sabiq prokuroru mərhum Nəbi Quliyevin oğludur.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.