Məzmuna keç
  • Azeri Light125.00 $▲2.05%
  • Brent neft110.18 $▼0.05%
  • WTI neft101.32 $▼0.06%
  • Avropa qazı (TTF)99.90 €▲5.70%
  • Təbii qaz (ABŞ)3.031 $▲0.00%
  • Qızıl4 039 $▼0.32%
  • Gümüş52.78 $▼0.84%
  • Pambıq78.34 ¢▲0.38%
  • Buğda600.00 ¢▲0.08%
  • Bitcoin79 963 $▼1.58%
  • Ethereum2 312 $▼1.91%
  • S&P 5007 744▲0.27%
14°Bakı
  • USD1.7000
  • EUR1.8945▲0.0038
  • 100 RUB2.1118
  • GBP2.2645▲0.0044
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2552▲0.0003
  • GEL0.6554▲0.0003
  • 100 KZT0.3733▲0.0010
  • UAH0.0373▲0.0001
  • 100 JPY1.0772▲0.0003
  • CHF2.0518▲0.0035
  • USD1.7000
  • EUR1.8945▲0.0038
  • 100 RUB2.1118
  • GBP2.2645▲0.0044
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2552▲0.0003
  • GEL0.6554▲0.0003
  • 100 KZT0.3733▲0.0010
  • UAH0.0373▲0.0001
  • 100 JPY1.0772▲0.0003
  • CHF2.0518▲0.0035
İqtisadiyyat

Dövlət büdcəsində yaranan artıqlıq borc öhdəliklərinə yönəldilə bilər

image-manatjpg-1750515179
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Büdcə ili ərzində büdcə artıqlığının (profisitin) bir hissəsi Təminat Fonduna köçürüləcək.

Busaat.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu məsələ Milli Məclisin iyunun 24-də keçiriləcək iclasının gündəliyinə daxil edilən “Büdcə sistemi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, büdcə ili ərzində dövlət büdcəsinin xərcləri üzrə aparılmış maliyyə əməliyyatları həmin ilin dövlət büdcəsinin icrasına dair aylıq, rüblük və illik hesabatlarda aparılmış dəyişikliyə müvafiq əks etdiriləcək və təsdiq olunmuş göstəricilərdən kənarlaşma kimi qəbul edilməyəcək.

Büdcə ili ərzində vahid xəzinə hesabının sərbəst qalığı qalığın yönəldiyi istiqamətlər üzrə ödənişlər icra edilməklə idarə olunacaq və (və ya) idarəetməyə veriləcək.

Büdcə ili ərzində vahid xəzinə hesabının qalığı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarə olunacaq və (və ya) idarəetməyə veriləcək. Vahid xəzinə hesabının qalığının idarəetməyə verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Büdcə ili ərzində yaranan büdcə artıqlığının (profisitin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən hissəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fonduna köçürülə biləcək.

Cari il üçün nəzərdə tutulan xərclərin maliyyələşdirilməsi həmin büdcə ili ərzində mümkün olmadıqda belə xərclərin maliyyələşdirilməsi növbəti büdcə ilindəki ayırmalar hesabına təmin olunacaq.

İlin sonuna bütün xəzinə hesablarının qalıqları vahid xəzinə hesabına köçürüləcək.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=168703