Məzmuna keç
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft110.79 $▼0.81%
  • WTI neft102.25 $▼0.99%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)2.994 $▼1.84%
  • Qızıl4 010 $▲0.06%
  • Gümüş54.06 $▲0.21%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin79 800 $▼1.20%
  • Ethereum2 318 $▼1.58%
  • S&P 5007 624▼0.52%
14°Bakı
  • USD1.7004
  • EUR1.9061
  • 100 RUB2.0970
  • GBP2.2754
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542
  • GEL0.6547
  • 100 KZT0.3775
  • UAH0.0376
  • 100 JPY1.0827
  • CHF2.0664
  • USD1.7004
  • EUR1.9061
  • 100 RUB2.0970
  • GBP2.2754
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542
  • GEL0.6547
  • 100 KZT0.3775
  • UAH0.0376
  • 100 JPY1.0827
  • CHF2.0664
Siyasət

Dövlət qurumlarında informasiya təhlükəsizliyi üzrə ixtisaslaşmış struktur bölmələri yaradılacaq

image-informasiya-tehlukesizliyi
İnformasiya təhlükəsizliyi
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Dövlət orqanlarında (qurumlarında) informasiya təhlükəsizliyi üzrə ixtisaslaşmış struktur bölmələrin yaradılması və onların müvafiq kadrlarla təminatının planlaşdırılması ilə bağlı təkliflər hazırlanacaq.

Busaat.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”nda öz əksini tapıb.

Sənədə əsasən, dövlət orqanlarında (qurumlarında) informasiya təhlükəsizliyi üzrə ixtisaslaşmış struktur bölmələrin yaradılması və onların müvafiq kadrlarla təminatının planlaşdırılması ilə bağlı təkliflər hazırlanmasında əsas icraçı qurum Dövlət Təhlükəsizliyi Xidmətidir.

Bundan əlavə, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN), Dövlət İmtahan Mərkəzi (DİM), Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN), Elm və Təhsil Nazirliyi (ETN), Müdafiə Nazirliyi (MN) 2024-cü ildə qurumlardan sahə üzrə kadr ehtiyacları haqqında məlumatların toplanması, kadr təminatı üçün planlı yanaşmanın tətbiqinin araşdırılması, ixtisaslaşmış struktur bölmələrin yaradılması və onların müvafiq kadrlarla təminatı ilə bağlı təkliflərin hazırlanmasının təşkilini təmin edəcəklər.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=119606