Məzmuna keç
  • Azeri Light122.49 $▲0.00%
  • Brent neft110.68 $▼0.14%
  • WTI neft101.99 $▲0.64%
  • Avropa qazı (TTF)99.90 €▲5.70%
  • Təbii qaz (ABŞ)3.015 $▼1.60%
  • Qızıl4 050 $▼0.16%
  • Gümüş53.63 $▼0.89%
  • Pambıq78.34 ¢▲0.38%
  • Buğda601.25 ¢▼1.68%
  • Bitcoin80 950 $▼0.37%
  • Ethereum2 349 $▼0.35%
  • S&P 5007 744▲0.27%
14°Bakı
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
İqtisadiyyat

Dövlət Statistika Komitəsi sahibkarlara müraciət etdi

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Dünyada sürətlə yayılan koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluğa və sahibkarlıq subyektlərinə təsirinin minimuma endirilməsi məqsədilə Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli sərəncamına əsasən, müvafiq tədbirlərin görülməsinə başlanılıb.

Bu barədə Dövlət Statistika Komitəsinin idarə, müəssisə və təşkilatlara müraciətində bildirilir.
Qurum bəyan edib ki, dövlət dəstəyinin ünvanlı olması, nəticələrin düzgün qiymətləndirilməsi üçün ölkə iqtisadiyyatında baş verən proseslərin vaxtında və davamlı olaraq müşahidə olunması və operativ qərarların qəbul edilməsi məqsədilə statistik informasiya təminatının daha da gücləndirilməsi tələb olunur.
“Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə görülən tədbirlər çərçivəsində ölkəmizdə qeyri-iş günlərinin uzadıldığına rəğmən, yuxarıda qeyd olunanları nəzərə alaraq, xüsusi karantin rejiminin tələblərini pozmadan cari ilin mart ayı üzrə rəsmi statistika hesabatlarının mümkün qədər qısa müddətdə, lakin aprelin 7-nə qədər onlayn rejimdə təqdim edilməsini sizdən xahiş edirik”, – deyə müraciətdə qeyd olunub.
MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=7384