DSX-nin sistemi çökdü – Təyyarə reysləri gecikdi

image-1679127342_1679122037_2232f0ec-e81d-4ba0-8b9c-561a4325d11cbackend

Mart ayının 18-də İAMAS sistemində yaranmış texniki nasazlıq səbəbindən dövlət sərhədindən buraxılış məntəqələrində vətəndaşların və nəqliyyat vasitələrinin hərəkətində qısamüddətli ləngimələr yaranıb.

Bu barədə Busaat.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, operativ olaraq həyata keçirilmiş tədbirlər nəticəsində nasazlıq aradan qaldırılıb, vətəndaşların və nəqliyyat vasitələrinin buraxılışı təmin edilib.

***10:44

Bu gün səhər saatlarından etibarən Heydər Əliyev Beynəlxalq Hava Limanında sıxlıq müşahidə olunub.
BAKU.WS-in məlumatına görə, Dövlət Sərhəd Xidmətinin (DSX) pasport nəzarət sistemində problem yaranıb və vətəndaşların dövlət sərhədindən buraxılmasında ləngimələr olub.

“Saat 06:10-dan Dövlət Sərhəd Xidmətinin sistemi donub. Yüzlərlə insan çarəsiz qalıb. Heç kim neytral əraziyə buraxılmır. Sistemin donması uzun növbələrə və narazılığa səbəb olub”, – deyə şikayətçi bildirib.

Saatlarla sistemin donmasının davam etməsinə baxmayaraq, sərnişinlərə heç bir melumat verilmir. Bununla yanaşı, təyyarə reyslərində də gecikmələr baş verir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90